https://sputnik.az/20220605/dn-ve-fhn-sekide-sernisin-avtobusunun-asmasi-ile-bagli-melumat-yayib--442570276.html
DİN və FHN Şəkidə sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb
DİN və FHN Şəkidə sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Hadisə nəticəsində yaralananlar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 05.06.2022, Sputnik Azərbaycan
2022-06-05T19:39+0400
2022-06-05T19:39+0400
2022-06-05T19:39+0400
hadisə
şəki
avtobus
dərə
din
fhn
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_336:0:3977:2048_1920x0_80_0_0_7455eed2b6b5224f444cf082d8142844.jpg
BAKI, 5 iyun - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. FHN-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_791:0:3522:2048_1920x0_80_0_0_74f65dc7424a0abb52bb18ef0becabd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəki, avtobus, dərə, din, fhn
şəki, avtobus, dərə, din, fhn
DİN və FHN Şəkidə sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb
Hadisə nəticəsində yaralananlar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
BAKI, 5 iyun - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. FHN-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.