CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizmin bələdçi problemi - Hər xarici dil biləndən bələdçi olmaz!

© Sputnik / Murad Orujovİçərişəhər
İçərişəhər - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
Mütəxəssislər bildiri ki, hazırda Azərbaycanda 60 yaşda belə bələdçi xidməti göstərən şəxslər var.
BAKI, 4 iyun — Sputnik. Hindistanlı turistin Azərbaycan dağlarında itkin düşməsi turizmdə bələdçi məsələsini gündəmə gətirib. Qafqaz dağlarının cənub ətəyində, Zaqatala dağlarında itkin düşən turist bir həftədir ki, axtarılsa da nəticə yoxdur.
Hotellərdə turizm bələdçiləri olmalıdır
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hotel və hava limanlarında turizm bələdçilərinin olması vacibdir.
Ekspert deyir ki, hər xarici dil bilən şəxs turizm bələdçisi kimi fəaliyyət göstərə bilməz. G.Qəhrəmanovun sözlərinə görə, turizm bələdçiləri bu sahədə müəyyən biliklərə yiyələnməli, kurs keçməlidir.
Ekspert turizm bələdçilərinin müəyyən protokollarının olduğunu söyləyir. Bildirir ki, turizm bələdçiləri həmin protokol üzrə işləməyi bacarmalıdırlar:

"Azərbaycanda Bələdçilər Assosasiyası fəaliyyət göstərir. Həmin Assossasiya hər il kurslar keçirərək bələdçilər hazırlayır, onlara sertifikatlar təqdim edir. Həmin Assosasiyada turizm bələdçilərinin siyahısı var".

Hər dil biləndən bələdçi olmaz!
G.Qəhrəmanovun sözlərinə görə, yeni "Turizm Haqqında" qanunda da turizm bələdçilərinin reyesterdən keçməsi tələb olunur. Bundan sonra onlar bələdçi kimi fəaliyyət göstərə bilər.
© AP Photo / Jacques BrinonTuristlər çimərlikdə, arxiv şəkli
Туристы и парижане отдыхают топлес и в купальнике на берегу Сены  - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Turistlər çimərlikdə, arxiv şəkli
Şura sədri deyir ki, bəzən sürücü və ya qrup rəhbəri, xarici dil biliyi olanlar bələdçi kimi xidmət göstərir. Bu isə düzgün deyil.
Ekspert onu da bildirib ki, Hindistanlı turistin itkin düşməsi isə turizmdə bələdçi problemini aktuallaşdırıb. Belə ki, bəzən əcnəbu turistlər özləri müəyyən istiqamət götürərək istirahətə gedirlər. Dağlıq yerlərdə bu xüsusilə təhlükəlidir.

"Çünki, ərazini yaxşı tanıyan bələdçi olmadıqda sıx meşə və dağlıq ərazilərdə itmək ehtimalı ola bilər. Bəzən hətta həmin ərazini yaxşı tanıyanlar belə dağlıq relyefdə aza bilirlər. Belə halların baş verməməsi üçün professional bələdçilərin olması vacibdir. Hotellər yaxşı olar ki, turistlərə bələdçi xidməti təklif etsinlər. Belə halda turistin seçimi olur. Bəzi turistlər qrup halında gəlmirlər. Onların bələdçilərə ehtiyacı olur".

Bələdçilər setifikatlaşdırılacaq
Qeyd edək ki, bu yaxınlarda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılacaq. Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib:
"Bələdçilik turizmin ümumi inkişaf zəncirində mühüm halqalardan biridir. Bu gün peşəkar bələdçilərə böyük ehtiyac var. Müxtəlifdilli bələdçilərin hazırlanması üçün müxtəlif təlimlər keçirilib. Proses akreditasiya sisteminə və beynəlxalq standartlara uyğun şəkildə aparılacaq. "Turizm haqqında" yeni qanunda bələdçilərin sertifikatlaşdırılmasının hüquqi əsasları da əksini tapıb. Bələdçilərin reysteri aparılacaq".
© Sputnik / Murad OrujovDövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev
Глава Государственного агентства по туризму АР Фуад Нагиев - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev
Agentlik sədri həmçinin bildirib ki, turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək:

"Bunun ilkin və təkrar sertifikatlaşma kimi iki növü var. Hər üç ildən bir bu sənəd yenilənməlidir. Bununla kiminsə fəaliyyətinə məhdudiyyət qoyulmur. Məhdudlaşdırma sadəcə mütərəqqi xarakteri daşıyır və turizmin inkişafı etdirilməsi üçündür".

Azərbaycanda nə qədər turizm bələdçisi var?
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) sədri Tural Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm bələdçilərinin sertifikasiyasına bu ilin iyun ayından başlanılacaq.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 260-300 nəfərə yaxın turizm bələdçisi var. Pandemiyadan əvvəl isə bu rəqəm 540-550 nəfər təşkil edib. Sertifikasiyadan keçmiş bələdçilərin sayı isə 64 nəfərdir.
Bələdçilər nələri bilməlidir?
T.Musayev deyir ki, xarici dil biliyinin olması bələdçi olmaq üçün kifayət deyil. Bələdçilər müəyyən biliklərə yiyələnməlidirlər:

"Bu gün 200-ə yaxın peşəkar bələdçimiz var ki, onlar uzun illərdir bu sahədə fəaliyyət göstəriblər. İki yüz nəfərə 2019-cu ildən bu günə qədər treninqlər keçirilib. Bu treninqlərə beynəlxalq təlimçilər cəlb olunub. Treninqlərdə beynəlxalq standartlara uyğun peşə qaydaları onlara izah edilib".

Bu sahədə bələdçilərə ehtiyac var
T.Musayev bildirir ki, Azərbaycanda tarixi, maddi və qeyri-maddi irsi, mədəniyyətimizi bilən bələdçilər kifayət qədərdir. Amma ekzotik dilləri bilən bələdçilərə daha çox ehtiyac var. Buraya çin dili, italyan, hind dillərini bilənlər daxildir. Bu dilləri bilən bələdçilərin sayı çox azdır.
Onun sözlərinə görə, hazırda yürüş üçün bələdçilərə ehtiyac var:
"Assosasiya sədri deyir ki, dağ bələdçilərinin sayı 30-nəfərdir. Amma yürüşlər, Hikinq üçün bələdçilər azdır. bu turizm növləri üzrə bələdçilərin yetişdirilməsi istiqamətində iş aparılır".
© Sputnik / Ilham MustafayevSlavyankada kənd turizm mövsümünə hazırlıq
Slavyankada kənd turizm mövsümünə hazırlıq - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Slavyankada kənd turizm mövsümünə hazırlıq
Əcnəbilər onlayn bələdçi seçə bilər
Həmsöhbətimiz onu da bildirir ki, turistlər ölkəmizə gəldikdə bələdçini Azərbaycanın səfiri qismində görürlər. Ona görə də onların əksəriyyəti bələdçi xidməti üçün müraciət edirlər. Bəzi turistlər hətta onlayn formada bələdçi seçə bilirlər.
Bələdçi xidməti neçəyədir?
Assosasiya sədri deyir ki, bələdçilərə ödənilən məbləğ dəyişir. Az işlənən xarici dili bilən bələdçilərə ehtiyac böyükdür:

"Məsələn, alman dilini peşəkar səviyyədə bilən bələdçiərin sayı o qədər də çox deyil. Bu gün alman dilini bilən bələdçilərin sayı 20 nəfərdirsə, onların ancaq 10-u bu dildə daha səlis danışa bilir. Bakı-Abşeron daxil olmaqla 8 saatlıq tur üçün 120-180 manata bələdçi xidməti göstərilir. Rus dilini bilən bələdçilərin sayı bazarda çox olduğu üçün bu dili bilən bələdçilərin xidmət haqqı 50-100 manat arası dəyişir. Bəzi bələdçilər var ki, turizm şirkətləri artıq o bələdçiləri tanıyır, onlarla razılaşır. Amma bəzən bizdən də peşəkar bələdçi axtararkən məsləhət istəyirlər".

Yerli bələdçilər yetişdirilir
T.Musayev bildirir ki, yerli bələdçilərin formalaşdırılması istiqamətində də iş aparılır. Sədr deyir ki, bu gün əsasən Şimal-Qərb istiqamətində yerli bələdçilər daha çoxdur. Onun sözlərinə görə, regionlarda təlimlər keçirilir ki, yerli əhali arasında bələdçilər yetişsin. Lənkəranda, Quba, Şamaxı, Gəncədə bələdçilər üçün təlimlər keçiriləcək.
Sən demə bələdçi olmaq elə də asan deyilmiş. Bu işin də müəyyən incəlikləri var. T. Musayevin sözlərinə görə, bələdçi xidməti göstərən şəxs proqramın necə hazırlandığını bilməli, nəqliyyat vasitəsində gəzinti zamanı texniki qaydalara bələd olmalı, mikrafonu belə necə tutmalı olduğunu, eləcə də yolda gedərkən obyektə qarşı necə dayanmalı olduğunu bilməlidir.
Setifikasiyadan keçmək üçün rüsum varmı?
Turizm bələdçilərinin sertifikasiyadan keçirilməsinə gəlincə, bunun üçün bələdçi 600 manat ödəməlidir.
Bələdçi olmaq üçün yaş məhdudiyyəti yoxdur. Həmsöhbətimiz deyir ki, hazırda 60 yaşda belə bələdçi xidməti göstərənlər var. Amma dağ bələdçiləri üçün sağlamlıq arayışı tələb olunur, fiziki göstəricilər nəzərə alınır.
Zaqatalada itkin düşən hindistanlı turistdən nə xəbər?
Xatırladaq ki, mayın 17-də itkin düşən hindistanlı turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda itkin düşən hindistanlı turistin axtarışları hələ davam etdirilir.
Qeyd olunub ki, mayın 17-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.
Həmin müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub. Hazırda rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda Qız qalası - Sputnik Azərbaycan, 1920, 03.06.2022
CƏMİYYƏT
Azərbaycan beynəlxalq reytinqdə irəlilədi
Xəbər lenti
0