https://sputnik.az/20220604/spiegel-a-nin-rf-e-qarsi-neft-embarqosunun-neticesi-inflyasiya-ve-qiymet-soku-ola-biler-442539634.html
Spiegel: Aİ-nin RF-ə qarşı neft embarqosunun nəticəsi inflyasiya və qiymət şoku ola bilər
Spiegel: Aİ-nin RF-ə qarşı neft embarqosunun nəticəsi inflyasiya və qiymət şoku ola bilər
Sputnik Azərbaycan
Volf, milli hökumətlərin yanacaq endirimləri, vergilərin azaldılması və subsidiyalarla qiymət şokunun təsirlərini yumşaltmaq cəhdlərinin daha yüksək dövlət... 04.06.2022, Sputnik Azərbaycan
2022-06-04T19:52+0400
2022-06-04T19:52+0400
2022-06-04T22:38+0400
embarqo
dünya xəbərləri
sanksiya
avropa ittifaqı
rusiya federasiyası
paket
ekspert
https://cdnn1.img.sputnik.az/img/41224/31/412243117_0:24:1920:1104_1920x0_80_0_0_a0c8eeff92cb4238c78a137ab9177972.jpg
BAKI, 4 iyun - Sputnik. Aİ-nin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi neft embarqosu səbəbindən Aİ ölkələri qiymət şoku və artan inflyasiya ilə üzləşə bilər. Bunu cümə axşamı Avropanın Breygel analitik mərkəzinin rəhbəri Quntram Volf Der Spiegel jurnalına müsahibəsində deyib.Ekspertin proqnozlarına görə, neftin yüksək qiymətindən Avropa şirkətləri və istehlakçıları əziyyət çəkəcək. Eyni zamanda o qeyd edib ki, “inflyasiya təzyiqləri davam edəcək” və bu, Avropa ölkələri üçün “mümkün olan ən pis ssenariyə” çevrilə bilər. Wolf həmçinin hesab edir ki, “(Aİ əhalisinin) alıcılıq qabiliyyətinin səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq”.Eyni zamanda, ekspert hesab edir ki, milli hökumətlərin yanacağa endirimlər, vergilərin azaldılması və subsidiyalar verməklə qiymət şokunun nəticələrini yumşaltmaq cəhdləri dövlət borcunun artmasına səbəb ola bilər.Aİ Şurası Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketini, o cümlədən Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının tədarükünə təxirə salınmış embarqonu qəbul edib. Sənəddə deyilir ki, neft embarqosundan müvəqqəti istisnalar neft boru kəmərləri ilə xam neftin idxalı üçün coğrafi vəziyyətinə görə Rusiya tədarükündən xüsusi asılılıqdan əziyyət çəkən və alternativ variantları olmayan Aİ dövlətləri üçün nəzərdə tutulub. Bu ölkələr deyildikdə ilk növbədə Macarıstan və Slovakiya nəzərdə tutulur.
https://sputnik.az/20220604/volodin-abs-avropa-ttifaqini-cokdurur-442525032.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41224/31/412243117_448:0:1920:1104_1920x0_80_0_0_da44aae48b0b13786a26069992401bdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
embarqo, sanksiya, avropa ittifaqı, rusiya federasiyası, paket, ekspert
embarqo, sanksiya, avropa ittifaqı, rusiya federasiyası, paket, ekspert
Spiegel: Aİ-nin RF-ə qarşı neft embarqosunun nəticəsi inflyasiya və qiymət şoku ola bilər
19:52 04.06.2022 (Yenilənib: 22:38 04.06.2022) Volf, milli hökumətlərin yanacaq endirimləri, vergilərin azaldılması və subsidiyalarla qiymət şokunun təsirlərini yumşaltmaq cəhdlərinin daha yüksək dövlət borcuna səbəb ola biləcəyini söyləyib.
BAKI, 4 iyun - Sputnik. Aİ-nin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi neft embarqosu səbəbindən Aİ ölkələri qiymət şoku və artan inflyasiya ilə üzləşə bilər. Bunu cümə axşamı Avropanın Breygel analitik mərkəzinin rəhbəri Quntram Volf Der Spiegel jurnalına müsahibəsində deyib.
Ekspertin proqnozlarına görə, neftin yüksək qiymətindən Avropa şirkətləri və istehlakçıları əziyyət çəkəcək. Eyni zamanda o qeyd edib ki, “inflyasiya təzyiqləri davam edəcək” və bu, Avropa ölkələri üçün “mümkün olan ən pis ssenariyə” çevrilə bilər. Wolf həmçinin hesab edir ki, “(Aİ əhalisinin) alıcılıq qabiliyyətinin səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq”.
Eyni zamanda, ekspert hesab edir ki, milli hökumətlərin yanacağa endirimlər, vergilərin azaldılması və subsidiyalar verməklə qiymət şokunun nəticələrini yumşaltmaq cəhdləri dövlət borcunun artmasına səbəb ola bilər.
Aİ Şurası Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketini, o cümlədən Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının tədarükünə təxirə salınmış embarqonu qəbul edib. Sənəddə deyilir ki, neft embarqosundan müvəqqəti istisnalar neft boru kəmərləri ilə xam neftin idxalı üçün coğrafi vəziyyətinə görə Rusiya tədarükündən xüsusi asılılıqdan əziyyət çəkən və alternativ variantları olmayan Aİ dövlətləri üçün nəzərdə tutulub. Bu ölkələr deyildikdə ilk növbədə Macarıstan və Slovakiya nəzərdə tutulur.