Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pensiya kartından pul oğurlayan şəxs saxlanılıb

© pixabay / 3dman_euBankomat
Bankomat - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
Oğurluq edən şəxsin barəsində cinayət yolu ilə ibtidai istintaq başlayıb
BAKI, 4 iyun - Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.
Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb. Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxsin barəsində cinyət işi üzrə ibtidai istintaq aparılır. T.Məmmədovun əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.
Xəbər lenti
0