https://sputnik.az/20220604/pambiq-birinci-karbamid-ikinci-pomidor-ucuncu-yerde---cedvel-442497478.html
Pambıq birinci, karbamid ikinci, pomidor üçüncü yerdə - CƏDVƏL
Pambıq birinci, karbamid ikinci, pomidor üçüncü yerdə - CƏDVƏL
Sputnik Azərbaycan
Azərbaycanın qeyri-neft sektorunun ixracı artıb. İxrac edilən malların siyahısı, göndərilən ölkələr materialımızda.qeyri-neft 04.06.2022, Sputnik Azərbaycan
2022-06-04T09:01+0400
2022-06-04T09:01+0400
2022-06-04T09:01+0400
pambıq
pomidor
qeyri-neft sektoru
https://cdnn1.img.sputnik.az/img/42244/69/422446987_0:5:3070:1732_1920x0_80_0_0_38489111b13f94b4aad409773f87eacc.jpg
BAKI, 4 iyun — Sputnik. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilib.Meyvə-tərəvəzlərin ixracı artıb4 ayda meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.Pambıq mahlıcı birinci olubDörd ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.Ən çox Türkiyəyə mal göndərilibCari ilin dörd ayında Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiyaya 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrəyə 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub.Aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.Apreldə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub.Apreldə pomidor ixracda 2-ci olub2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub."Azərkosmos"un xidmət ixracıDörd ayda "Azərkosmos" ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin aprel ayında isə "Azərkosmos" ASC dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.Apreldə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.İxrac sifarişləriYanvar-aprel aylarında Azexport.az portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Apreldə isə Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib. Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.Aprel ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42244/69/422446987_339:0:3070:2048_1920x0_80_0_0_97e1c1e6c51a2777c25869f152a53514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pambıq, pomidor, qeyri-neft sektoru
pambıq, pomidor, qeyri-neft sektoru
Pambıq birinci, karbamid ikinci, pomidor üçüncü yerdə - CƏDVƏL
Azərbaycanın qeyri-neft sektorunun ixracı artıb. İxrac edilən malların siyahısı, göndərilən ölkələr materialımızda.qeyri-neft
BAKI, 4 iyun — Sputnik. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında bildirilib.
Meyvə-tərəvəzlərin ixracı artıb
4 ayda meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.
Pambıq mahlıcı birinci olub
Dörd ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Ən çox Türkiyəyə mal göndərilib
Cari ilin dörd ayında Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiyaya 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrəyə 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub.
Aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.
Apreldə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub.
Apreldə pomidor ixracda 2-ci olub
2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.
"Azərkosmos"un xidmət ixracı
Dörd ayda "Azərkosmos" ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin aprel ayında isə "Azərkosmos" ASC dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Apreldə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.
Yanvar-aprel aylarında Azexport.az portalına 162,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Apreldə isə Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon ABŞ dolları təşkil edib. Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard ABŞ dolları təşkil edib.
Aprel ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.