CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır

© Sputnik / StringerKəlbəcər, arxiv şəkli
Kəlbəcər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
Erməni işğalından azad olunmuş Kəlbəcərin turizm potensialı müzakirə olunur.
BAKI, 4 iyun - Sputnik. Dövlət Turizm Agentliyi “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatını keçirib.
Təqdimat işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında olub.
Agentliyin nümayəndəsi Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumatlar verib. Qeyd edib ki, qurum bu ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirib, hədəflər, istiqamətlər müəyyən edib.
Qeyd olunub ki, Kəlbəcər rayonunun çoxşaxəli turizm potensialı nəzərə alınaraq hazırda ərazidə turizm resurslarından səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.
Xəbər lenti
0