DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Gəlin atlara qayıdaq." Aİ-nın Rusiyaya qarşı hərəkətləri fransızları dəhşətə gətirib

© AFP 2024 / STEPHANE DE SAKUTINParisdə küçədə fayton, arxiv şəkli
Parisdə küçədə fayton, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
"Sanksiyalar hələ də bumeranq kimi bizə qayıdır" - deyən Fransanın "Le Figaro" qəzetinin oxucuları Rusiya əleyhinə sanksiyaların altıncı paketini tənqid ediblər.
BAKI, 4 iyun — Sputnik. Fransanın "Le Figaro" qəzetinin oxucuları Rusiyadan neft idxalına tədricən embarqonun tətbiq edilməsini nəzərdə tutan antirusiya sanksiyalarının altıncı paketini tənqid ediblər.
Qadağa dəniz yolu ilə çatdırılmalara təsir edəcək. "Drujba" kəməri ilə gələn neftə isə məhdudiyyətlər qoyulmur. Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilin sonuna kimi Brüsselin Rusiya neftinin idxalını faktiki olaraq 90 faiz azaldacağını bildirib.
"Sanksiyalar hələ də bumeranq kimi bizə qayıdır, ona görə də bir az düşünmək lazımdır!" – deyə oxuculardan biri fikirlərini bölüşüb.
"Atlara, arabaya və skuterə qayıdaq, mən hələ rikşanı demirəm", - başqa bir şərhçi belə yazıb.
© AFP 2024 / JOE KLAMARBoru kəməri üzərində ötürmə stansiyası, arxiv şəkli
На одном из крупнейших межсетевых газовых узлов в Европе в Баумгартен-ан-дер-Марч, Австрия - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Boru kəməri üzərində ötürmə stansiyası, arxiv şəkli
"Bu qış yanacağın və qazın qiymətinin artması səbəbindən çoxlarında, sanki Sibirdə olduqları kimi təəssürat yaranacaq. Avropalılar embarqodan əziyyət çəkəcəklər", - digər istifadəçi qeyd edib.
"Bu, dövlət başçılarımızın ən yüksək axmaqlığıdır, çünki amerikalılar razı halda əllərini ovuşdururlar!" – deyə oxucular sözlərini yekunlaşdırıblar.
Rusiya hərbi qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlamasından sonra Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb. Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti dost olmayan ölkələrin uzunmüddətli strategiyasıdır, ABŞ və Avropanın əsas məqsədi isə milyonlarla insanın həyat tərzini pisləşdirməkdir.
Brüssel ciddi şəkildə Rusiya neftindən və qazından imtina etməyi düşünür. Bir gün əvvəl Aİ-nın daimi nümayəndələri Sberbank, daha iki Rusiya və bir Belarus bankını SWIFT-dən ayıran və neft embarqosu da daxil olmaqla altıncı sanksiyalar paketini təsdiqləyiblər.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun qeyd etdiyi kimi, Avropa dövlətlərinin qərarından sonra Moskva başqa xammal alıcıları tapacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0