https://sputnik.az/20220603/turkiyeden-avropa-ttifaqina-cqd-xatirlatmasi-442479168.html
Türkiyədən Avropa İttifaqına CQD xatırlatması
Türkiyədən Avropa İttifaqına CQD xatırlatması
Sputnik Azərbaycan
Türkiyə mətbuatı yazır ki, üç ildən sonra Türkiyə ilə Avropa İttifaqı arasında keçirilən siyasi dialoqda Avropanın enerji tələbatı məsələsi müzakirə edilib. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T12:02+0400
2022-06-03T12:02+0400
2022-06-03T13:08+0400
ai
dünya xəbərləri
türkiyə
"cənub qaz dəhlizi"
cənub qaz dəhlizi” layihəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753612_0:0:3073:1728_1920x0_80_0_0_c64fb881d42845bf94cfe816a145e519.jpg
BAKI, 3 iyun — Sputnik. Türkiyə və Aİ Azərbaycan və Türkmənistandan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya qaz nəqlini müzakirə ediblər. Bu barədə Türkiyənin "Milliyet" nəşri yazıb.Qeyd olunur ki, Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoqa dair görüş üç ildən sonra mayın 31-də Ankarada keçirilib."Görüşdə Avropanın enerji tələbatını ödəmək üçün Azərbaycan və Türkmənistandan qaz tədarükü müzakirə edilərkən, Türkiyə nümayəndə heyəti qazın Cənub Qaz Dəhlizindən keçməsinin zərurətini xatırladıb", - qəzet yazır.Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron gələcəkdə Rusiyadan alınan qaza Avropa embarqosunun tətbiq oluna biləcəyini istisna etməyib və hər şeyin Ukraynadakı vəziyyətin inkişafından asılı olacağını qeyd edib.Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753612_0:0:2731:2048_1920x0_80_0_0_f052cccb7f05103fc8038beff0c9dd39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, türkiyə, "cənub qaz dəhlizi", cənub qaz dəhlizi” layihəsi
ai, türkiyə, "cənub qaz dəhlizi", cənub qaz dəhlizi” layihəsi
Türkiyədən Avropa İttifaqına CQD xatırlatması
12:02 03.06.2022 (Yenilənib: 13:08 03.06.2022) Türkiyə mətbuatı yazır ki, üç ildən sonra Türkiyə ilə Avropa İttifaqı arasında keçirilən siyasi dialoqda Avropanın enerji tələbatı məsələsi müzakirə edilib.
BAKI, 3 iyun — Sputnik. Türkiyə və Aİ Azərbaycan və Türkmənistandan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropaya qaz nəqlini müzakirə ediblər. Bu barədə Türkiyənin "Milliyet" nəşri yazıb.
Qeyd olunur ki, Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoqa dair görüş üç ildən sonra mayın 31-də Ankarada keçirilib.
"Görüşdə Avropanın enerji tələbatını ödəmək üçün Azərbaycan və Türkmənistandan qaz tədarükü müzakirə edilərkən, Türkiyə nümayəndə heyəti qazın Cənub Qaz Dəhlizindən keçməsinin zərurətini xatırladıb", - qəzet yazır.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron gələcəkdə Rusiyadan alınan qaza Avropa embarqosunun tətbiq oluna biləcəyini istisna etməyib və hər şeyin Ukraynadakı vəziyyətin inkişafından asılı olacağını qeyd edib.
Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.