DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə inflyasiya son iyirmi dörd ilin zirvəsində

© AFP 2024 / FAYEZ NURELDINETürkiyədə marketdə alıcılar, arxiv şəkli
Türkiyədə marketdə alıcılar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Türkiyədə illik istehlak inflyasiyası 1998-ci ilin oktyabrından bu yana ən yüksək səviyyəyə çatıb.
BAKI, 3 iyun — Sputnik. Türkiyənin statistika təşkilatı (TÜİK) may ayı üçün inflyasiya göstəricilərini açıqlayıb. Türkiyədə illik istehlak inflyasiyası 1998-ci ilin oktyabrından bu yana ən yüksək səviyyəyə çatıb - 73,50 faiz.
May ayında aylıq inflyasiya 2,98 faiz olub.
Əvvəlki ilin eyni ayına nisbətən ən çox artım nəqliyyatda, qida və alkoqolsuz içkilərdə, mənzil əşyalarında olub.
May ayında əvvəlki ayla müqayisədə ən çox artım spirtli içkilər və tütündə, restoranlar və hotellərdə qeydə alınıb.
Qeyd edək ki, məlumata görə, G20 ölkələri arasında ən yüksək inflyasiya Türkiyədə baş verib. İkinci yerdə isə Argentina gəlib.
İstehsalçı qiymətlərinə nəzər salsaq, ən yüksək illik artım elektrik enerjisində, qazda, kondisionerlərdə və digərlərində müşahidə olunub.
Ekspertlərin fikrincə, enerji qiymətlərindəki artımlar hələ də istehsal xərclərinin sürətlə artmasına səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0