NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR-ın birinci vitse-prezidenti nələr danışdı?

© Photo : BP Press ServiceŞahdəniz platforması
Şahdəniz platforması - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunda yataqlardan əldə edilən qazın həcmini açıqladı.
BAKI, 3 iyun — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 166 mlrd. kubmetr qaz və 36 mln. ton qaz kondensatı hasil edilib.
Bunu Bakı Enerji Forumunda çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, Trans-Anadolu kəməri istifadəyə verildikdən sonra onun vasitəsilə Türkiyəyə 16 mlrd. kubmetr qaz nəql edilib. Bununla yanaşı, Trans-Adriatik kəməri vasitəsilə indiyədək Avropaya 11,3 mlrd. kubmetr qaz ixrac edilib, bundan 9,7 mlrd. kubmetri İtaliyaya, 1,3 mlrd. kubmetri Yunanıstana, 0,3 mlrd. kubmetri isə Bolqarıstana nəql edilib.
O əlavə edib ki, bugünədək "Azəri-Çıraq-Günəşli" layihəsinə 42 milyard dollardan çox sərmayə qoyulub. Bundan sonrakı dövrlərdə də sərmayələrin qoyuluşu davam etdiriləcək.
Bakı Enerji Forumu davam edir
Xatırladaq ki, Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu davam edir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda qlobal enerji perspektivləri, "yaşıl enerji"yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Forumun proqramına aktual mövzular daxil edilib. Forumda xüsusi sessiya - "Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi" Dünya Bankının təşəbbüsü ilə Bakı Enerji Forumunun çərçivəsində keçiriləcək. Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.
Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Səfər sessiyası "Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları" mövzusuna həsr olunub.
Bakı Enerji Forumu Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
О чем говорили на Бакинском энергетическом форуме - Sputnik Azərbaycan, 1920, 02.06.2022
İQTİSADİYYAT
Bakı Enerji Forumunda nədən danışılıb
Xəbər lenti
0