https://sputnik.az/20220603/sevgi-evi-siginacagina-siginan-15-yasli-qiz-orada-basina-getirilenlerden-danisir---canli-442495449.html
"Sevgi Evi" sığınacağına sığınan 15 yaşlı qız orada başına gətirilənlərdən danışıb
"Sevgi Evi" sığınacağına sığınan 15 yaşlı qız orada başına gətirilənlərdən danışıb
Sputnik Azərbaycan
"Sevgi Evi" sığınacağına sığınan və orada zorakılığa məruz qaldığını deyən 15 yaşlı qız sığınacaqda uşaqlara verilən işgəncələrdən danışıb. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T15:15+0400
2022-06-03T15:15+0400
2022-06-03T15:44+0400
cəmiyyət
sığınacaq
sosial sığınacaq mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442495555_0:9:1131:645_1920x0_80_0_0_c5fa1c54d629ef465e8598514e14c4d1.png
BAKI, 3 iyun — Sputnik. Bakıda "Sevgi Evi" qadın və uşaq sığınacağında zorakılığa məruz qaldığını iddia edən 15 yaşlı Cəmilə (adı şərtidir) və onun anası Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində sığınacaqda baş verənlərlə bağlı açıqlama veriblər. Cəmilə sözügedən sığınacaqda olduğu müddətdə başına gələnləri, eləcə də gördüklərini Sputnik Azərbaycan-a danışıb. O, "Sevgi Evi" qadın və uşaq sığınacağının Instaqram səhifəsində paylaşılan, anası ilə münasibətlərini əks etdirən videogörüntülərə də münasibət bildirib.Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
https://sputnik.az/20220602/usagin-basinda-spirt-yandirirdilar---bakidaki-siginacaq-barede-sok-iddia-442465702.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442495555_220:0:1080:645_1920x0_80_0_0_be8a04e633f29ab51fe080a4ba96bf94.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sığınacaq, sosial sığınacaq mərkəzi
sığınacaq, sosial sığınacaq mərkəzi
"Sevgi Evi" sığınacağına sığınan 15 yaşlı qız orada başına gətirilənlərdən danışıb
15:15 03.06.2022 (Yenilənib: 15:44 03.06.2022) "Sevgi Evi" sığınacağına sığınan və orada zorakılığa məruz qaldığını deyən 15 yaşlı qız sığınacaqda uşaqlara verilən işgəncələrdən danışıb.
BAKI, 3 iyun — Sputnik. Bakıda "Sevgi Evi" qadın və uşaq sığınacağında zorakılığa məruz qaldığını iddia edən 15 yaşlı Cəmilə (adı şərtidir) və onun anası Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində sığınacaqda baş verənlərlə bağlı açıqlama veriblər. Cəmilə sözügedən sığınacaqda olduğu müddətdə başına gələnləri, eləcə də gördüklərini Sputnik Azərbaycan-a danışıb. O, "Sevgi Evi" qadın və uşaq sığınacağının Instaqram səhifəsində paylaşılan, anası ilə münasibətlərini əks etdirən videogörüntülərə də münasibət bildirib.
Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.