https://sputnik.az/20220603/nazirlik-hindistanli-itkinle-bagli-melumat-yaydi-442481528.html
Nazirlik hindistanlı itkinlə bağlı məlumat yaydı
Nazirlik hindistanlı itkinlə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyi hindistanlı turistin axtarışına digər nazirliyin əməkdaşlarını da cəlb ediblər. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T11:19+0400
2022-06-03T11:19+0400
2022-06-03T11:40+0400
itkin
cəmiyyət
hindistan
hindistan səfirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442174414_0:537:1152:1185_1920x0_80_0_0_084adc1ac9a5691dd8257c7c1b97dcff.jpg
BAKI, 3 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.Bildirilib ki, gedişat barədə ictimaiyyətə əlavə məlumat veriləcək.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, mayın 17-də DİN-in "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.Nəticəsi barədə əlavə məlumat veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220519/hindistanli-turist-azerbaycan-daglarinda-442068045.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442174414_0:515:1152:1379_1920x0_80_0_0_b9953d3d3f7551fad9d734fbf16a62c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
itkin, hindistan, hindistan səfirliyi
itkin, hindistan, hindistan səfirliyi
Nazirlik hindistanlı itkinlə bağlı məlumat yaydı
11:19 03.06.2022 (Yenilənib: 11:40 03.06.2022) Fövqəladə Hallar Nazirliyi hindistanlı turistin axtarışına digər nazirliyin əməkdaşlarını da cəlb ediblər.
BAKI, 3 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.
Bildirilib ki, gedişat barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, mayın 17-də DİN-in "102" Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.