Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Heç vaxt baxmadığınız filmlər paytaxt kinoteatrında - "Fransız kino həzzi" başlanır

© Pexels PixabayKinoteatr, arxiv şəkli
Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Fransa kinosu günlərində sözügedən ölkənin klassik filmlərinə tamaşa edə bilərsiniz.
BAKI, 3 iyun — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın ölkəmizdəki Səfirliyinin əməkdaşlığı çərçivəsində "100% klassiklər: Fransız kino həzzi" adlı film nümayişləri başlayır. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Əli İsa Cabbarov məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, həyata keçirilən nümayiş "Azərbaycan" kinoteatrında olacaq:

"Bu filmlər klassik fransız filmləridir və onlar bərpa olunmuş nümunələrdir. Biz bu ənənəni davam etdirəcəyik. Bundan sonra Polşa səfirliyi ilə birgə əməkdaşlığımız davam edəcək. Bu filmlərə baxmaq üçün bilet almağa ehtiyac yoxdur, giriş sərbəstdir".

© Sputnik / Murad OrudjevAzərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
Filmlər fransız dilində, azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq:
7 iyun – "Atalanta" (Jan Viqo)
14 iyun – "Baltazar" ( Rober Bresso)
21 iyun – "Uçuş zolağı" və "Sibirdən məktublar (Kris Marker) filmləri nümayiş olunacaq.
Qeyd edək ki, 1934-cü ildə Jan Viqo tərəfindən çəkilən "Atalanta" filmi "Atalanta" gəmisinin kapitanı Janın, kənd qızı Cülyetta ilə evliliyi və onların Parisə bal ayı səyahətindən bəhs edir.
1966-cı ildə Rober Bressonun çəkdiyi "Baltazar" filmi dünya kino dərsliklərində ön sıralarda yer alır. Filmin qəhrəmanı Baltazar adlı uzunqulaqdır. Bu adı ona uşaqlar verib. Baltazar hər dəfə yeni insanlar görəndə, onun sayəsində yeni xarakterlərlə tanışlıq yaranır. Baltazarın isə ən çox xatırladığı Mari adlı qız olur.
1962-ci ildə Kris Markerin çəkdiyi, qısametrajlı və yeganə bədii filmi hesab edilən "Uçuş zolağı"nda üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edilir. Film fantastik janrda lentə alınıb və tamaşaçıya antiutopik hisslər yaşadır.
1957-ci ildə Kris Markerin lentə aldığı "Sibirdən məktublar" sənədli filmi Sibirin təbiətindən, orada yaşayan insanların həyatından, cəmiyyətin müasirləşməsindən bəhs edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0