https://sputnik.az/20220603/bakida-tap-in-genislenmesi-ve-cqd-vasitesile--hidrogen-tedaruku-meselesi-muzakire-olunub-442514661.html
Bakıda TAP-ın genişlənməsi və CQD vasitəsilə hidrogen tədarükü məsələsi müzakirə olunub
Bakıda TAP-ın genişlənməsi və CQD vasitəsilə hidrogen tədarükü məsələsi müzakirə olunub
Sputnik Azərbaycan
“Cənub Qaz Dəhlizi” hidrogenin nəqli ilə “yaşıl texnologiyalar” sferasına keçə bilər. Trans-Adriatik qaz kəməri də “yaşıl enerji”yə keçid üçün hazırdır. 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T21:11+0400
2022-06-03T21:11+0400
2022-06-03T21:11+0400
neft-qaz
tap
"cənub qaz dəhlizi"
hidrogen
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888391_0:0:3077:1731_1920x0_80_0_0_533fa5e0f734f216f342296ad9196b47.jpg
BAKI, 3 iyun - Sputnik. Cari ilin noyabrında Trans-Adriatik Boru Kəmərinin (TAP) imkanlarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində öhdəlik yaradan təkliflərin toplanması üçün market-test keçiriləcək. Bu barədə TAP-ın icraçı direktoru Luka Sipati Bakı Enerji Forumunda bildirib. Onun sözlərinə görə, kəmərin genişləndirilməsi üçün bütün texniki imkanlar var.Şipati qeyd edib ki, eyni zamanda, TAP infrastrukturu enerji səmərəliliyini artırmağa və yaşıl enerjiyə keçməyə hazırdır.Öz növbəsində “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin baş direktoru Əfqan İsayev öz növbəsində qeyd edib ki, dəhliz boyu hidrogenin nəqli üçün potensial mövcuddur. Belə ki, Cənub Qaz Dəhlizinin “yaşıl” texnologiyalar sahəsinə keçirilməsi planlaşdırılır. Hazırda Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini ildə 31 milyard kubmetrə qədər artırmaq imkanı var.xatırladaq ki, dünən dünyanın bir sıra ölkələrindən nazirlərin, enerji şirkətlərinin rəhbərlərinin və analitiklərin iştirakı ilə Azərbaycanda regionun əsas iqtisadi tədbirlərindən biri olan Bakı Enerji Forumu işə başlayıb.Forumun son günü və möhtəşəm yekunu iyunun 4-də Şuşa şəhərində nəzərdə tutulub.Bu il tədbirdə 20 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Proqrama 50 məruzəçinin 25 mövzusu daxil edilib.Bakı Enerji Həftəsinin sponsorları SOCAR, bp, TPAO, Equinor, INPEX, PAŞA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft və Tekfen Construction-dır.Tədbirin məsləhətçi tərəfdaşı Ernst & Young-dır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220603/azerbaycan-ve-ran-tebii-qaz-sahesinde-emekdasligi-genislendirir-442509153.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888391_180:0:2909:2047_1920x0_80_0_0_93b6f18fd5a2913ced5b31536bf74751.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
tap, "cənub qaz dəhlizi", hidrogen
tap, "cənub qaz dəhlizi", hidrogen
Bakıda TAP-ın genişlənməsi və CQD vasitəsilə hidrogen tədarükü məsələsi müzakirə olunub
“Cənub Qaz Dəhlizi” hidrogenin nəqli ilə “yaşıl texnologiyalar” sferasına keçə bilər. Trans-Adriatik qaz kəməri də “yaşıl enerji”yə keçid üçün hazırdır.
BAKI, 3 iyun - Sputnik. Cari ilin noyabrında Trans-Adriatik Boru Kəmərinin (TAP) imkanlarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində öhdəlik yaradan təkliflərin toplanması üçün market-test keçiriləcək. Bu barədə TAP-ın icraçı direktoru Luka Sipati Bakı Enerji Forumunda bildirib. Onun sözlərinə görə, kəmərin genişləndirilməsi üçün bütün texniki imkanlar var.
Şipati qeyd edib ki, eyni zamanda, TAP infrastrukturu enerji səmərəliliyini artırmağa və yaşıl enerjiyə keçməyə hazırdır.
Öz növbəsində “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin baş direktoru Əfqan İsayev öz növbəsində qeyd edib ki, dəhliz boyu hidrogenin nəqli üçün potensial mövcuddur. Belə ki, Cənub Qaz Dəhlizinin “yaşıl” texnologiyalar sahəsinə keçirilməsi planlaşdırılır.
Hazırda Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini ildə 31 milyard kubmetrə qədər artırmaq imkanı var.xatırladaq ki, dünən dünyanın bir sıra ölkələrindən nazirlərin, enerji şirkətlərinin rəhbərlərinin və analitiklərin iştirakı ilə Azərbaycanda regionun əsas iqtisadi tədbirlərindən biri olan Bakı Enerji Forumu işə başlayıb.
Forumun son günü və möhtəşəm yekunu iyunun 4-də Şuşa şəhərində nəzərdə tutulub.
Bu il tədbirdə 20 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Proqrama 50 məruzəçinin 25 mövzusu daxil edilib.
Bakı Enerji Həftəsinin sponsorları SOCAR, bp, TPAO, Equinor, INPEX, PAŞA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft və Tekfen Construction-dır.
Tədbirin məsləhətçi tərəfdaşı Ernst & Young-dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.