https://sputnik.az/20220603/azerbaycan-ve-abs-parlamentarileri-neden-danisiblar-442509410.html
Azərbaycan və ABŞ parlamentariləri nədən danışıblar
Azərbaycan və ABŞ parlamentariləri nədən danışıblar
Sputnik Azərbaycan
Millət vəkilləri regionda gedən proseslər haqqında danışaraq amerikalı parlamentarilərin diqqətini Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi... 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T19:21+0400
2022-06-03T19:21+0400
2022-06-03T19:26+0400
siyasət
abş
konqres
azərbaycan
milli məclis
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442509683_0:52:1000:615_1920x0_80_0_0_177308442368e868f5abddff3eaaeeda.jpg
BAKI, 3 iyun - Sputnik. İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrdən söz açıb.O, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrin reallaşmasında ABŞ-ın və onun Konqresinin dəstəyini məmnunluqla qeyd edib.Komitə sədri 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları, Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün göstərdiyi təşəbbüslər barədə məlumat verib.Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai, Erkin Qədirli və Asim Mollazadə regionda gedən proseslər haqqında fikirlərini bölüşərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıblar.Deputatlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri barədə məlumat veriblər, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos səmimi qəbul üçün təşəkkür ediblər, regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər.Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442509683_56:0:944:666_1920x0_80_0_0_0f7e9814c867e9bd08fd1fa00a502c06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, konqres, azərbaycan, milli məclis, görüş
abş, konqres, azərbaycan, milli məclis, görüş
Azərbaycan və ABŞ parlamentariləri nədən danışıblar
19:21 03.06.2022 (Yenilənib: 19:26 03.06.2022) Millət vəkilləri regionda gedən proseslər haqqında danışaraq amerikalı parlamentarilərin diqqətini Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyinə yönəldiblər.
BAKI, 3 iyun - Sputnik. İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrdən söz açıb.
O, Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrin reallaşmasında ABŞ-ın və onun Konqresinin dəstəyini məmnunluqla qeyd edib.
Komitə sədri 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları, Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün göstərdiyi təşəbbüslər barədə məlumat verib.
Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai, Erkin Qədirli və Asim Mollazadə regionda gedən proseslər haqqında fikirlərini bölüşərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıblar.
Deputatlar işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri barədə məlumat veriblər, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos səmimi qəbul üçün təşəkkür ediblər, regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər.
Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.