https://sputnik.az/20220603/azerbaycan-mn-ermenistan-dovlet-serhedinde-veziyyeti-gerginlesdirmeye-calisir-442478812.html
Azərbaycan MN: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır
Azərbaycan MN: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, ordumuzun mövqeləri qumbaraatan və iri çaplı silahlardan da istifadə edilməklə növbəti dəfə atəşə... 03.06.2022, Sputnik Azərbaycan
2022-06-03T10:53+0400
2022-06-03T10:53+0400
2022-06-03T10:58+0400
hərbi
müdafiə nazirliyi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42257/26/422572662_0:0:2875:1617_1920x0_80_0_0_f55954dc123b8335710efb561cce0706.jpg
BAKI, 3 iyun — Sputnik. İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib."Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.Xatırladaq ki, mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42257/26/422572662_176:0:2531:1766_1920x0_80_0_0_3e3ada80b36531bf8e38be07527c4701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müdafiə nazirliyi, ermənistan
müdafiə nazirliyi, ermənistan
Azərbaycan MN: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır
10:53 03.06.2022 (Yenilənib: 10:58 03.06.2022) Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, ordumuzun mövqeləri qumbaraatan və iri çaplı silahlardan da istifadə edilməklə növbəti dəfə atəşə tutulub.
BAKI, 3 iyun — Sputnik. İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.
Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.
Xatırladaq ki, mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.