Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukrayna taxılı ilə gəmilərin keçməsi üçün şərtini deyib

© Sputnik / Артем Креминский / Mediabanka keçidTaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 02.06.2022
Abunə olmaq
Moskva daha əvvəl bəyan edib ki, Ukraynanın taxıl ixracına mane olmur - logistik problemlər Kiyevin günahı ucbatından yaranıb.
BAKI, 2 iyun - Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır, lakin Kiyev dənizi təmizləməlidir.
"Ukraynalılara gəlincə, ilk növbədə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər - bunlar bizim deyil, onların minalarıdır", - Nebenzya jurnalistlərə bildirib.
Rusiya, Türkiyə və BMT Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin fəaliyyətini təmin edəcək yol xəritəsi hazırlayıb.
Bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə bir müddətdir ki, Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin etmək mexanizmini formalaşdırmaq üçün diplomatik təmaslar aparır. Türkiyə tərəfi ilə Rusiya, Ukrayna və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində “taxıl dəhlizi”nin funksionallığını təmin etmək üçün yol xəritəsi hazırlanıb.
Yaxın vaxtlarda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT-nin iclası keçiriləcək. İclasda Ukrayna limanlarından taxıl ixracı müzakirə olunacaq. Dördtərəfli formatda marşrut, sığorta, gəmilərin təhlükəsizliyi, limanların minalardan təmizlənməsi, eləcə də koordinasiya mərkəzinin tərkibi kimi məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
İstanbulda yaradılan taxıl ixracı mərkəzi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında qarşılıqlı əlaqəni tənzimləyəcək. Koordinasiya mərkəzinin fəaliyyətə başlaması Ukrayna limanlarından dünya bazarlarına 20 milyon ton taxıl ixrac etməyə imkan verəcək.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Ukrayna taxılının ixracına müdaxilə etmir, maddi-texniki problemlər Kiyevin günahı ucbatından yaranıb, Ukraynanın qoşunları onların dəniz limanlarını minalayıb. Qurumdan əlavə edilib ki, “Rusiyanın guya Qara dəniz limanlarında Ukrayna taxılının ixracına əngəl törətməsi və bunun nəticəsində taxıl bazarında defisit yaranması barədə söhbətlər spekulyasiyadan başqa bir şey deyil”. Odessa dəniz limanının keçmiş əməkdaşı RİA Novosti-yə bildirib ki, Ukrayna ölkənin özündə taxıl qıtlığı təhlükəsinə baxmayaraq, Avropa İttifaqının təzyiqi ilə Odessa limanındakı anbarlardan buğda ehtiyatlarını alternativ yollarla ixrac edir.
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 30.05.2022
RUSİYA
Putin: “Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”
Xəbər lenti
0