https://sputnik.az/20220602/xaricde-tehsil-alan-hekimler-dovlet-xestexanalarinda-442448017.html
Xaricdə təhsil alan həkimlər dövlət xəstəxanalarında
Xaricdə təhsil alan həkimlər dövlət xəstəxanalarında
Sputnik Azərbaycan
İTSA tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssisi Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə işə... 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T12:45+0400
2022-06-02T12:45+0400
2022-06-02T12:45+0400
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
həkim
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_0:312:3000:2000_1920x0_80_0_0_c7a65444f34dcfee4a45e31f06a3ac97.jpg
BAKI, 2 iyun — Sputnik. Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub.Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSA) məlumat verilib.Qeyd olunub ki, işə qəbul prosesi Agentliyin icra etdiyi "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram" çərçivəsində təşkil olunub.İşə cəlb olunanlar Türkiyədə təhsil almış və əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar. Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya, pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə müraciət etmək imkanı verilib.Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib. Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin Komissiyasının qəbuluna göndərilib.Namizədlərin qiymətləndirilməsi 6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad, habelə beynəlxalq konfranslarda iştirak daxildir.Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram"nına əsasən dövlət xəstəxanalarında kadr çatışmazlığını aradan qaldırmaq üçün Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsini nəzərdə tutur.Belə həkimlər müalicə işi ilə yanaşı, Azərbaycanda yerli kadrlara xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsinə də dəstək olacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830074_333:0:3000:2000_1920x0_80_0_0_16634c5370ecab82cc74ac5b90b97a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
icbari tibbi sığorta üzrə dövlət agentliyi, həkim
icbari tibbi sığorta üzrə dövlət agentliyi, həkim
Xaricdə təhsil alan həkimlər dövlət xəstəxanalarında
İTSA tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssisi Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrinə işə qəbul edib.
BAKI, 2 iyun — Sputnik. Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSA) məlumat verilib.
Qeyd olunub ki, işə qəbul prosesi Agentliyin icra etdiyi "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram" çərçivəsində təşkil olunub.
İşə cəlb olunanlar Türkiyədə təhsil almış və əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar. Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.
Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya, pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə müraciət etmək imkanı verilib.
Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib. Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin Komissiyasının qəbuluna göndərilib.
Namizədlərin qiymətləndirilməsi 6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad, habelə beynəlxalq konfranslarda iştirak daxildir.
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram"nına əsasən dövlət xəstəxanalarında kadr çatışmazlığını aradan qaldırmaq üçün Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsini nəzərdə tutur.
Belə həkimlər müalicə işi ilə yanaşı, Azərbaycanda yerli kadrlara xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsinə də dəstək olacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.