CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş yerlərində seksual qısnama halları var

© Sputnik / Irade JELIL“Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı
“Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı  - Sputnik Azərbaycan, 1920, 02.06.2022
Abunə olmaq
Seksual qısnama ilə bağlı rəqəmlərin statistikasını aparmaq mümkün deyil.
BAKI, 2 iyun — Sputnik. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 2006-cı ildə qəbul olunmuş qanunun 20-ci maddəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə fəaliyyəti haqqında hesabat Parlamentdə təqdim edilmək üçün hazırlanır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova media nümayəndələri üçün keçirilən təlimdə deyib.
APA-nın xəbərinə görə, komitə rəsmisi bildirib ki, iş yerlərində seksual qısnama halları var. Lakin bununla bağlı rəqəmləri təqdim etmək mümkün deyil:

"Çünki bununla bağlı nə məhkəməyə, nə də Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət olunur. Buna görə də bu mövzuda rəqəmləri hesabata daxil etmək mümkün olmur. Sadəcə olaraq stereotiplər bu halın gündəmə gəlməsinə maneə olur".

Sədr müavini deyib ki, işə qəbul zamanı cinsi diskriminasiya halları müşahidə edilir:
“İşə qəbul zamanı kişilərin şansı daha çox olur. Bu istiqamətdə qurumlardan hesabat tələb edən zaman onlar bizə hesabat verə bilmirlər. Məlum olur ki, bu istiqamətdə heç bir iş aparılmayıb”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0