https://sputnik.az/20220602/opec-radikal-qerar-qebul-edib---neft-hasilati-kvotasi-keskin-sekilde-artirilib-442467283.html
OPEC+ radikal qərar qəbul edib - neft hasilatı kvotası kəskin şəkildə artırılıb
OPEC+ radikal qərar qəbul edib - neft hasilatı kvotası kəskin şəkildə artırılıb
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanı bundan əvvəl müttəfiqlərinə açıq şəkildə bildirmişdi ki, Qərbin sanksiyaları səbəbindən Rusiya hasilatı əhəmiyyətli dərəcədə azalarsa, neft... 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T18:12+0400
2022-06-02T18:12+0400
2022-06-02T18:12+0400
neft-qaz
opec
neft hasilatı
kvota
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205968_0:6:3618:2041_1920x0_80_0_0_c325cb3f18f0050e9f8668165f5d7496.jpg
BAKI, 2 iyun - Sputnik. OPEC+ ölkələri üzv ölkələrin nazirlərinin cümə axşamı keçirilən iclasında iyulda neft hasilatını iyunda 432 min barel/günə qarşı 648 min barel artırmağa razılaşıblar. 2021-ci ilin avqust ayından etibarən alyans ölkələri neft hasilatını ardıcıl olaraq ayda 400 min barel artırıb. 2022-ci ilin mart ayının sonunda keçirilən iclasda plan bir qədər yeniləndi - may ayından etibarən OPEC+ ölkələri bəzi ölkələr üçün yeni baza hasilat səviyyələri səbəbindən hasilatı ayda 432 min barel artırır.“Financial Times” mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə hasilat əhəmiyyətli dərəcədə azalacağı təqdirdə neft hasilatını artırmağa hazır olduğunu açıqlayıb.Mənbələrdən biri nəşrə bildirib ki, Səudiyyə Ərəbistanı və BƏƏ-də hasilatın dərhal artırılması müzakirə edilib, bu barədə cümə axşamı OPEC+ toplantısında elan edilə bilər, lakin hələlik yekun qərar verilməyib. Sentyabrda planlaşdırılan hasilat artımının iyul və ya avqust ayına köçürülə biləcəyini deyən mənbə bildirib ki, belə bir dəyişiklik təsdiq edilməlidir.OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may ayından isə sutkada 432 min barel artırıb.İyun ayına olan məlumata görə, məhdudiyyətlər sutkada 1,296 milyon barel təşkil edir və alyans sentyabr ayında onlardan tamamilə çıxmağı gözləyir.
https://sputnik.az/20220601/neft-bahalasir---diqqetler-opec-in-toplantisinda-442410366.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/18/442205968_445:0:3174:2047_1920x0_80_0_0_dac0168369be0c7b4f0bc8e7e0c3ef40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
opec, neft hasilatı, kvota
opec, neft hasilatı, kvota
OPEC+ radikal qərar qəbul edib - neft hasilatı kvotası kəskin şəkildə artırılıb
Səudiyyə Ərəbistanı bundan əvvəl müttəfiqlərinə açıq şəkildə bildirmişdi ki, Qərbin sanksiyaları səbəbindən Rusiya hasilatı əhəmiyyətli dərəcədə azalarsa, neft hasilatını artırmağa hazırdır.
BAKI, 2 iyun - Sputnik. OPEC+ ölkələri üzv ölkələrin nazirlərinin cümə axşamı keçirilən iclasında iyulda neft hasilatını iyunda 432 min barel/günə qarşı 648 min barel artırmağa razılaşıblar.
2021-ci ilin avqust ayından etibarən alyans ölkələri neft hasilatını ardıcıl olaraq ayda 400 min barel artırıb. 2022-ci ilin mart ayının sonunda keçirilən iclasda plan bir qədər yeniləndi - may ayından etibarən OPEC+ ölkələri bəzi ölkələr üçün yeni baza hasilat səviyyələri səbəbindən hasilatı ayda 432 min barel artırır.
“Financial Times” mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə hasilat əhəmiyyətli dərəcədə azalacağı təqdirdə neft hasilatını artırmağa hazır olduğunu açıqlayıb.
Mənbələrdən biri nəşrə bildirib ki, Səudiyyə Ərəbistanı və BƏƏ-də hasilatın dərhal artırılması müzakirə edilib, bu barədə cümə axşamı OPEC+ toplantısında elan edilə bilər, lakin hələlik yekun qərar verilməyib. Sentyabrda planlaşdırılan hasilat artımının iyul və ya avqust ayına köçürülə biləcəyini deyən mənbə bildirib ki, belə bir dəyişiklik təsdiq edilməlidir.
OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may ayından isə sutkada 432 min barel artırıb.
İyun ayına olan məlumata görə, məhdudiyyətlər sutkada 1,296 milyon barel təşkil edir və alyans sentyabr ayında onlardan tamamilə çıxmağı gözləyir.