https://sputnik.az/20220602/olke-uzre-ustunluk-verilen-turistik-mekanlar-aciqlanib-442463076.html
Ölkə üzrə üstünlük verilən turistik məkanlar açıqlanıb
Ölkə üzrə üstünlük verilən turistik məkanlar açıqlanıb
Sputnik Azərbaycan
Turistlər daha çox gözəl təbiəti olan yerlərə getməyə üstünlük verirlər 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T17:25+0400
2022-06-02T17:25+0400
2022-06-02T17:25+0400
turist
cəmiyyət
məkan
turizm
sosial şəbəkə
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427562465_0:320:3071:2047_1920x0_80_0_0_91b7dbbf895f194f9e96760ab361e866.jpg
BAKI, 2 iyun — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların "turizm xəritəsi"nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə sosial şəbəkələrdən birinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.DTA-dan verilən məlumata görə, araşdırma 70 fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar verilməsini hədəfləyir.Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılıb.Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıb ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır. Paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün sosial şəbəkənin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.
https://sputnik.az/20220523/azerbaycanin-turizm-sektoru-yaya-hazirdir-442144939.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427562465_0:0:2729:2047_1920x0_80_0_0_5c52c6d510a43065cd59f2bb7ce43885.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turist, məkan, turizm, sosial şəbəkə
turist, məkan, turizm, sosial şəbəkə
Ölkə üzrə üstünlük verilən turistik məkanlar açıqlanıb
Turistlər daha çox gözəl təbiəti olan yerlərə getməyə üstünlük verirlər
BAKI, 2 iyun — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların "turizm xəritəsi"nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə sosial şəbəkələrdən birinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.
DTA-dan verilən məlumata görə, araşdırma 70 fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar verilməsini hədəfləyir.
Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılıb.
Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.
Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.
Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıb ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.
Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.
Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.
Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır. Paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).
Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün sosial şəbəkənin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.