I Şah Abbasın Qobustandakı mirası son günlərini yaşayır
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
Abunə olmaq
Səfəvilər dövlətinin V hökmdarı I Şah Abbas tərəfindən bərpa edilən abidə uçmaq təhlükəsi ilə üzləşib.
BAKI, 2 iyun — Sputnik. Qobustandakı Şah Abbas karvansarayı uçmaq təhlükəsi ilə üz-üzədir. Səfəvilər dövlətinin V hökmdarı I Şah Abbasın şərəfinə adlandırılan (onun hətta Şah Abbas tərəfindən qurulduğu deyilir-red.) bu abidə əsrlərlə ayaqda qalaraq günümüzə gəlib çıxıb. Amma indi o, ömrünün son günlərini yaşayır. Əgər təcili təmir edilməsə, karvansaray da sahibi kimi tarixin arxivinə gömüləcək.
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
Qobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
Azərbaycanın ən qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olub. Qədim türk sözü olan "qobu" (qobi) - quru, susuz yer, ölkə, oba mənasını daşıyır. Qobustan rayonu mağaralar, türbələr, karvansaralar, eləcə də digər tarixi abidlərlə zəngindir. Rayona gələn yerli və xarici qonaqlar da əsasən qədim abidələri görməyə üz tuturlar. Bölgəyə pənah gətirən türistlərin daha çox ziyarət etdikləri tarixi abidlərdən biri də Şah Abbas Karvansarayıdır.
Uçub-dağılmaqda olan, baxımsız vəziyyətdə qalan Şah Abbas karvansarayı rayon sakini Daşqın Rəhimovun həyətyanı sahəsindədir. Ev sahibi deyir ki, otuz ilə yaxındır bu abidəni öz gücünə qoruyub saxlaya bilsə də, hazırda vəziyyət olduqca acınacaqlıdır. Bu tarixi abidə son günlərini yaşayır. Abidəyə maraq böyük olduğundan, dünyanın hər yerindən bura qonaqlar gəlir. Lakin tikilinin hər an uçacağından ehtiyat edir.
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
Qobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
Əhəng daşından inşa edilən Karvansaranın dörd adi, bir günbəzli otağı mövcuddur. Abidənin üzərində olan qalın daş və torpaq qatı onun yükünü daha da ağırlaşdıraraq ömrünü azaldıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Agsu arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev hesab edir ki, abidə yaxın vaxtlarda bərpa olmasa, yer üzündən silinəcək.
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
Qobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
"Abidənin üzərində onun tikilmə vaxtının XVII əsrə aid olunduğu qeyd edilib. Tikinti arxitekturasına baxanda onun bir neçə dəfə təmir edildiyini görmək mümkündür. Aşağı hissədəki hörgü formasına diqqət edərkən, abidənin haradasa XV əsrə aid olduğunu təxmin edə bilərik. Bu tağlı (arka) karvansara dövrümüzə qədər gəlib çıxıbsa, deməli onu yaxın zamanlarda təmir etməklə ömrünü uzatmaq olar. Əks halda o, uçmaq təhlükəsi ilə üzləşəcək", - ekspedisiya rəhbəri deyib.
Mütəxəssislər hesab edirlər ki, abidə XV əsrdə inşa edilsə də, XVII əsrdə Şah Abbas tərəfindən bərpa edildiyindən, onun inşa tarixi də həmin dövrdən götürülür.
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
Qobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlinin sözlərinə görə, daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə Qobustan rayonu ərazisi üzrə 62 tarix-mədəniyyət abidəsi daxildir. Onlardan 11 ölkə əhəmiyyətli arxeoloji, 4 yerli əhəmiyyətli memarlıq abidəsi, 11 yerli əhəmiyyətli arxeoloji abidələrdir.
© Sputnik / Reshad RashidovQobustanda Şah Abbas karvansarası
Qobustanda Şah Abbas karvansarası
© Sputnik / Reshad Rashidov
"Qobustan rayonu ərazisində yerləşən bir sıra tarix-mədəniyyət abidələrinin bərpası investisiya planına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işlərinə cəlb edilir. Həmin karvansaranın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır", - mətbuat katibi bildirib.
Fariz Hüseynli onu da deyib ki, dövlət xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı həyata keçirilən monitorinqlər nəticəsində rayon üzrə reyestrə daxil edilməyən 36 abidə aşkar edilib. Onlar dövlət mühafizəsində olan abidələrin siyahısına daxil edilməsi üçün qeydiyyata götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.