https://sputnik.az/20220602/hovsan-kanali-xezeri-cox-cirklendirir-yeddi-esrlik-qesebenin-kanalizasiya-xetti-yoxdur-442338107.html
Hövsan kanalı Xəzəri çox çirkləndirir: Yeddi əsrlik qəsəbənin kanalizasiya xətti yoxdur
Hövsan kanalı Xəzəri çox çirkləndirir: Yeddi əsrlik qəsəbənin kanalizasiya xətti yoxdur
Sputnik Azərbaycan
Sakinlər iddia edir ki, neft hasilatı zamanı yaranan lay suları Hövsan kanalı vasitəsilə dənizə axıdılır. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T10:14+0400
2022-06-02T10:14+0400
2022-06-02T10:14+0400
hövsan
cəmiyyət
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
çirkab
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726035_0:0:3072:1728_1920x0_80_0_0_71923050a17995571dacaef5d1ba9a88.jpg
BAKI, 2 iyun — Sputnik. Hər çimərlik mövsümü ərəfəsi Xəzər dənizinin çirklənməsi problemi aktuallaşır. Ötən həftə keçirilən "Ekoloji saaat" verilişində bu məsələ yenidən gündəmə gətirilib. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar: "Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".Qeyd edək ki, Hövsan kanalının dənizə çirkab axıtması illərdir ki, problem olaraq qalır. Amma bu problem aradan qaldırılmır ki, qaldırılmır. Bu isə təkcə dənizin çirklənməsinə yox, eləcə də ətrafı üfunət iyinin bürüməsinə səbəb olur.Hövsanda çirkab sular dənizə axır"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dənizə çirkab suları axıdan kanal "Azərsu" yun balansında deyil. Qurum sözçüsü ümimiyyətlə Hövsan qəsəbəsində "Azərsu" ASC-nin kanalizasiya şəbəkəsinin olmadığını söylədi. Onun sözlərinə görə, Bakının yeni Baş Planında Hövsan qəsəbəsində kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.Qəsəbənin kanalizasiya şəbəkəsi yoxdurHövsan qəsəbə bələdiyyəsinin sədri Elbrus Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hövsan qəsəbəsində kanalizasiya şəbəkəsinin qurulması, çirkab suların dənizə axıdılmasının qarşısının alınması yaxın gələcək üçün nəzərdə tutulub. O, Hövsan kanalının bələdiyyənin balansında olmadığını söyləyib. E. Xəlilov 7 əsr tarixə malik Hövsan qəsəbəsində əvvəldən kanalizasiyanın mövcud olmadığını söyləyib.Neft hasilatından yaranan lay suları da dənizə axıdılır?Sakinlər isə Sputnik Azərbaycan-a bildiriblər ki, Hövsanda neft hasilatı ilə məşğul olan "Abşeron əməliyyat şirkəti" fəaliyyət göstərir. Onlar da neft hasilatı zamanı yaranan lay suları Hövsan kanalı vasitəsilə dənizə axıdırlar.Apardığımız araşdırma zamanı məlum oldu ki, Hövsan kanalına iki növ su- neft tərkibli lay suları və təsərrüfat –məişət mənşəli tullantı suları daxil olur. Kanal neft və neft məhsulları olan lay sularını, eyni zamanda məişət mənşəli tullantıları daşıyaraq dənizə tökür. Əvvəllər kanal dövlət neft şirkətinə (ARDNŞ) məxsus olub. Sonradan şirkət həmin mədən ərazilərini müqavilə ilə əməliyyat şirkətlərinə verib.Dövlət Neft Şirkətindən isə sorğumuza cavab veriləcəyini bildirdilər.Ümid yeni Baş Plana qalıbDövlət Şəhərsalma və Arxitktura Komitəsindən isə bildirdilər ki, hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır. Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək. Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaqdır.Qeyd edək ki, artıq çimərlik ərazilərində monitorinqlərə başlanılıb. Bu işə aidiyyəti qurumlarla birgə may ayının 16-dan etibarən start verilib. İyun ayının əvvəlinə monitorinqin nəticələrini ictimaiyyətə açıqlanacaq. Monitorinqlərə əsasən iki Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq müəyyənləşdirilir ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726035_341:0:3072:2048_1920x0_80_0_0_78a916c927494dcfb6b5e6982f05f47c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hövsan, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, çirkab
hövsan, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, çirkab
Hövsan kanalı Xəzəri çox çirkləndirir: Yeddi əsrlik qəsəbənin kanalizasiya xətti yoxdur
Sakinlər iddia edir ki, neft hasilatı zamanı yaranan lay suları Hövsan kanalı vasitəsilə dənizə axıdılır.
BAKI, 2 iyun — Sputnik. Hər çimərlik mövsümü ərəfəsi Xəzər dənizinin çirklənməsi problemi aktuallaşır. Ötən həftə keçirilən "Ekoloji saaat" verilişində bu məsələ yenidən gündəmə gətirilib. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar:
"Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".
Qeyd edək ki, Hövsan kanalının dənizə çirkab axıtması illərdir ki, problem olaraq qalır. Amma bu problem aradan qaldırılmır ki, qaldırılmır. Bu isə təkcə dənizin çirklənməsinə yox, eləcə də ətrafı üfunət iyinin bürüməsinə səbəb olur.
Hövsanda çirkab sular dənizə axır
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dənizə çirkab suları axıdan kanal "Azərsu" yun balansında deyil. Qurum sözçüsü ümimiyyətlə Hövsan qəsəbəsində "Azərsu" ASC-nin kanalizasiya şəbəkəsinin olmadığını söylədi. Onun sözlərinə görə, Bakının yeni Baş Planında Hövsan qəsəbəsində kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.
Qəsəbənin kanalizasiya şəbəkəsi yoxdur
Hövsan qəsəbə bələdiyyəsinin sədri Elbrus Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hövsan qəsəbəsində kanalizasiya şəbəkəsinin qurulması, çirkab suların dənizə axıdılmasının qarşısının alınması yaxın gələcək üçün nəzərdə tutulub. O, Hövsan kanalının bələdiyyənin balansında olmadığını söyləyib. E. Xəlilov 7 əsr tarixə malik Hövsan qəsəbəsində əvvəldən kanalizasiyanın mövcud olmadığını söyləyib.
Neft hasilatından yaranan lay suları da dənizə axıdılır?
Sakinlər isə Sputnik Azərbaycan-a bildiriblər ki, Hövsanda neft hasilatı ilə məşğul olan "Abşeron əməliyyat şirkəti" fəaliyyət göstərir. Onlar da neft hasilatı zamanı yaranan lay suları Hövsan kanalı vasitəsilə dənizə axıdırlar.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Hövsan kanalına iki növ su- neft tərkibli lay suları və təsərrüfat –məişət mənşəli tullantı suları daxil olur. Kanal neft və neft məhsulları olan lay sularını, eyni zamanda məişət mənşəli tullantıları daşıyaraq dənizə tökür. Əvvəllər kanal dövlət neft şirkətinə (ARDNŞ) məxsus olub. Sonradan şirkət həmin mədən ərazilərini müqavilə ilə əməliyyat şirkətlərinə verib.
Dövlət Neft Şirkətindən isə sorğumuza cavab veriləcəyini bildirdilər.
Ümid yeni Baş Plana qalıb
Dövlət Şəhərsalma və Arxitktura Komitəsindən isə bildirdilər ki, hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır. Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir.
Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək. Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaqdır.
Qeyd edək ki, artıq çimərlik ərazilərində monitorinqlərə başlanılıb. Bu işə aidiyyəti qurumlarla birgə may ayının 16-dan etibarən start verilib. İyun ayının əvvəlinə monitorinqin nəticələrini ictimaiyyətə açıqlanacaq. Monitorinqlərə əsasən iki Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq müəyyənləşdirilir ki, hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.