https://sputnik.az/20220602/general-rovsen-ekberov-mualice-muessisesine-yerlesdirilib-442463909.html
General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib
General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib
Sputnik Azərbaycan
Xroniki xəstəlikləri olduğu üçün general müalicə müəssisəsində həkim nəzarətində saxlanılır. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T17:31+0400
2022-06-02T17:31+0400
2022-06-02T17:31+0400
müəssisə
cəmiyyət
rövşən əkbərov
həbs
məhkəmə
general
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426471650_0:33:1000:596_1920x0_80_0_0_a75967110b3517aa096adc0c61e15538.jpg
BAKI, 2 iyun - Sputnik. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".Qeyd edək ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
https://sputnik.az/20211227/general-rovsen-ekberovun-apellyasiya-sikayeti-temin-edilmeyib-437649293.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426471650_82:0:919:628_1920x0_80_0_0_58e11e6108090d0998fc4717323c9ee0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəssisə, rövşən əkbərov, həbs, məhkəmə, general
müəssisə, rövşən əkbərov, həbs, məhkəmə, general
General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib
Xroniki xəstəlikləri olduğu üçün general müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.
BAKI, 2 iyun - Sputnik. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.
Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".
Qeyd edək ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.