https://sputnik.az/20220602/bakida-beynelxalq-sosial-elmler-konqresinin-acilisi-olub---foto-442453835.html
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub - FOTO
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub - FOTO
Sputnik Azərbaycan
Konqres Qarabağla bağlı mövzulara həsr edilib və tədbirin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək. 02.06.2022, Sputnik Azərbaycan
2022-06-02T13:17+0400
2022-06-02T13:17+0400
2022-06-02T13:19+0400
cəmiyyət
milli məclis
konqres
beynəlxalq
mustafa şentop
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442453735_0:3:1200:678_1920x0_80_0_0_705b160eec2bfbe0c7347c9f05d25e94.jpg
BAKI, 2 iyun — Sputnik. Bu gün Bakıda Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Milli Məclisin sədri Sahibə Qafarova və digər yüksək səlahiyyətli yerli və xarici nümayəndələr iştirak ediblər.APA-nın məlumatına görə, konqres Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra açıq elan olunub.Konqresi giriş nitqi ilə açan rektor Hafiz Paşayev konqres iştirakçılarını salamlayıb.Konqres Qarabağla bağlı mövzulara həsr edilib.Konqresdə çıxış edən Sahibə Qafarova bildirib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcək.O qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir:Spikerin sözlərinə görə, konqresin bir mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir.Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıqdan danışıb:Qeyd edək ki, tədbir 4 iyuna qədər davam edəcək. Konqresin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442453735_147:0:1054:680_1920x0_80_0_0_df46eebbdf299611898d8dcc161dc597.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, konqres, beynəlxalq, mustafa şentop
milli məclis, konqres, beynəlxalq, mustafa şentop
Bakıda Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub - FOTO
13:17 02.06.2022 (Yenilənib: 13:19 02.06.2022) Konqres Qarabağla bağlı mövzulara həsr edilib və tədbirin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.
BAKI, 2 iyun — Sputnik. Bu gün Bakıda Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Milli Məclisin sədri Sahibə Qafarova və digər yüksək səlahiyyətli yerli və xarici nümayəndələr iştirak ediblər.
APA-nın məlumatına görə, konqres Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra açıq elan olunub.
Konqresi giriş nitqi ilə açan rektor Hafiz Paşayev konqres iştirakçılarını salamlayıb.
Konqres Qarabağla bağlı mövzulara həsr edilib.
Konqresdə çıxış edən Sahibə Qafarova bildirib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcək.
O qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir:
"Bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Təhsil naziri Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir. Onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir".
Spikerin sözlərinə görə, konqresin bir mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıqdan danışıb:
"30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşub. 30 il böyunca davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyacımız var. Konqres iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər. Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər".
Qeyd edək ki, tədbir 4 iyuna qədər davam edəcək. Konqresin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.