NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün imkanlar var - Rövşən Nəcəf

© Sputnik / Murad OrujovRövşən Nəcəf
Rövşən Nəcəf - Sputnik Azərbaycan, 1920, 02.06.2022
Abunə olmaq
Qurum rəsmisi bildirib ki, ölkəmizin boru kəməri infrastrukturunun genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının cəlb olunması işləri aparılır.
BAKI, 2 iyun — Sputnik. "Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün imkanlar var. Lakin, artan tələbatı təmin etmək üçün hazırda lazımi nəqletmə imkanları yoxdur". Belə bir açıqlama ilə Bakı Enerji Forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, hazırda bu imkanların genişləndirilməsi üçün işlər görülür, danışıqlar aparılır:

"Ölkəmizin boru kəməri infrastrukturunun genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının cəlb olunması üzrə işlər aparılır".

O bildirib ki, SOCAR tərəfdaşları ilə Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparır.
"Alternativ enerji mənbələrin inkişafına baxmayaraq, neft və qazın istehsalı öz aktuallığını qoruyub saxlayır. Ənənəvi enerji daşıyıcılarının hasilatı ekoloji normaların, tullantıların azaldılması şərti ilə həyata keçirilməlidir", - deyə şirkətinrəhbəri vurğulayıb.
R.Nəcəf onu da diqqətə çatdırıb ki, şirkətdə "yaşıl" enerji istiqamətində transformasiya prosesi 2021-ci ildə başlayıb və 2035-ci ilədək müvafiq proqram hazırlanıb:
"Şirkətimiz alternativ enerji sahəsində laiyihələr üzərində işləyir. Bu layihələrin reallaşdırılması qaz istehlakının azalmasına xidmət edəcək və bu həcm ixraca yönəldiləcək".
Azərbaycanda Bakı Enerji Forumu başlayıb
Qeyd edək ki, iyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir.
Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.
Qaz hasilatında və ixracında artım olub
Xatırladaq ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
15,7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub. Qaz ixracında da artım qeydə alınıb. Ötən ilin 4 ayında qaz ixracı 6,5 milyard kubmetr olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0