https://sputnik.az/20220601/zaxarova-abs-terefinin-beyanatlari-qebul-edilmis-qerarlarla-ziddiyyet-teskil-edir-442410202.html
Zaxarova: ABŞ tərəfinin bəyanatları qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir
Zaxarova: ABŞ tərəfinin bəyanatları qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Baydenin administrasiyasının siyasətçilərinin bəyanatları qəbul edilən qərarlarla ziddiyyət... 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T16:19+0400
2022-06-01T16:19+0400
2022-06-01T16:26+0400
mariya zaxarova
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_0:0:3089:1737_1920x0_80_0_0_943c9aacec60be0bf8157d04dcacbbeb.jpg
BAKI, 1 iyun — Sputnik. Hazırkı ABŞ administrasiyasının siyasətçilərinin bəyanatları indi rəsmi səviyyədə ikiqat yoxlanılmalıdır, onlar çox vaxt qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin sözlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.Bir müddət əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirmişdi ki, ABŞ Rusiyaya zərbələr endirmək üçün deyil, öz ərazisində müdafiə üçün Ukraynaya silah verəcək."Mən onun açıqlamalarını indi təhlil etmək istəməzdim, biz artıq dəfələrlə demişik ki, Baydenin indiki administrasiyasının bir çox siyasətçilərinin bəyanatları qəbul edilən qərarlarla və digər bəyanatlarla birbaşa ziddiyyət təşkil edir. Ona görə də bu bəyanat onların hərbi doktrinasından kənardırmı, əksinə, yeni doktrinanın bir hissəsidirmi - mən bunu təhlil etmək fikrində deyiləm. İnanıram ki, biz ABŞ-ın indiki administrasiyasının o qədər absurd və qeyri-adekvat bəyanatlarına rast gəldik ki, indi hər şey rəsmi səviyyədə yoxlanılmalıdır. Rəsmi cavablar axtarılmalıdır ki, onların bəyanatları nəyəsə uyğun gəlirmi, yoxsa bu hansısa bir hərəkəti dəstəkləyən siyasi gedişdir", - deyə o, Sputnik radiosunda bildirib."Çünki əks halda onların dediklərindən tamamilə çətinliyə düşəcəksiniz", - deyə Zaxarova qeyd edib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
https://sputnik.az/20220531/qerb-butun-diger-olkeleri-seferber-etmek-ucun-ukraynadan-istifade-edir---lavrov-442398943.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_74:0:2805:2048_1920x0_80_0_0_3af91e9ab3660abcf22caf4962328725.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: ABŞ tərəfinin bəyanatları qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir
16:19 01.06.2022 (Yenilənib: 16:26 01.06.2022) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Baydenin administrasiyasının siyasətçilərinin bəyanatları qəbul edilən qərarlarla ziddiyyət təşkil edir.
BAKI, 1 iyun — Sputnik. Hazırkı ABŞ administrasiyasının siyasətçilərinin bəyanatları indi rəsmi səviyyədə ikiqat yoxlanılmalıdır, onlar çox vaxt qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin sözlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bir müddət əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirmişdi ki, ABŞ Rusiyaya zərbələr endirmək üçün deyil, öz ərazisində müdafiə üçün Ukraynaya silah verəcək.
"Mən onun açıqlamalarını indi təhlil etmək istəməzdim, biz artıq dəfələrlə demişik ki, Baydenin indiki administrasiyasının bir çox siyasətçilərinin bəyanatları qəbul edilən qərarlarla və digər bəyanatlarla birbaşa ziddiyyət təşkil edir. Ona görə də bu bəyanat onların hərbi doktrinasından kənardırmı, əksinə, yeni doktrinanın bir hissəsidirmi - mən bunu təhlil etmək fikrində deyiləm. İnanıram ki, biz ABŞ-ın indiki administrasiyasının o qədər absurd və qeyri-adekvat bəyanatlarına rast gəldik ki, indi hər şey rəsmi səviyyədə yoxlanılmalıdır. Rəsmi cavablar axtarılmalıdır ki, onların bəyanatları nəyəsə uyğun gəlirmi, yoxsa bu hansısa bir hərəkəti dəstəkləyən siyasi gedişdir", - deyə o, Sputnik radiosunda bildirib.
"Çünki əks halda onların dediklərindən tamamilə çətinliyə düşəcəksiniz", - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.