https://sputnik.az/20220531/qerb-butun-diger-olkeleri-seferber-etmek-ucun-ukraynadan-istifade-edir---lavrov-442398943.html
Qərb bütün digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir - Lavrov
Qərb bütün digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir - Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri bildirib ki, Rusiya Qərb ölkələri ilə dialoqa hazırdır, lakin yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T20:58+0400
2022-05-31T20:58+0400
2022-05-31T20:58+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
qərb
islam əməkdaşlıq təşkilatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_0:0:3129:1761_1920x0_80_0_0_35e038b9826a39a39d5d003a97c9f5dc.jpg
BAKI, 31 may - Sputnik. Qərb ölkələri Ukrayna və onun ətrafındakı vəziyyəti bəhanə edərək, bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışırlar. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.“Təbii ki, bu proseslər (dünyada - red.) dönüş nöqtəsidir. Çoxqütblü dünyanın formalaşması gedir və öz hökmranlığını saxlamaq və bütün regionlara yaymaq istəyən qərbli həmkarlarımız bu proseslərin qarşısını almağa çalışırlar. Onlar Ukrayna və onun ətrafındakı vəziyyəti bəhanə edərək, bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışırlar”, - deyə nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə bildirib.Lavrov onu da qeyd edib ki, bBu vəziyyət ilk növbədə NATO ölkələrinin Sovet İttifaqına müttəfiqliyi şərqə doğru genişləndirməmək vədini yerinə yetirməkdən imtina etməsi ilə bağlı uzun illərdir Avropada yığılıb qalan problemləri əks etdirir.“Biz İslam Əməkdaşlıq Təşkilatının, eləcə də Ərəb Dövlətləri Liqasının və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş verənlərlə bağlı tutduğu balanslı, obyektiv mövqeyi yüksək qiymətləndirdik."Ümid edirəm ki, Qərb tərəfdaşlarımız da müəyyən mərhələdə dünya problemlərini nəzərdən keçirmək, onların beynəlxalq ictimaiyyət tərəfindən diqtə əsasında deyil, BMT Nizamnaməsinin prinsipləri, ilk növbədə, dövlətlərin suveren bərabərliyinə hörməti nəzərdə tutan prinsiplərini, beynəlxalq ictimaiyyət tərəfindən gələcək inkişaf yollarını razılaşdırmaq zərurətini dərk edəcəklər”, - deyə o vurğulayıb.Rusiya XİN rəhbəri bildirib ki, ölkəsi belə dialoqa hazırdır, ancaq bərabər və qarşılıqlı hörmət əsasında.Qeyd edək ki, bazar ertəsi Sergey Lavrovun Fars körfəzi ölkələrinə işgüzar səfərə başlayıb. Əvvəlcə o, Bəhreynə gedib, çərşənbə axşamı isə nazir Ər-Riyada gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_139:0:2870:2048_1920x0_80_0_0_28dfb6e4b987f480420a04fd54481c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, qərb, islam əməkdaşlıq təşkilatı, ukrayna
lavrov, qərb, islam əməkdaşlıq təşkilatı, ukrayna
Qərb bütün digər ölkələri səfərbər etmək üçün Ukraynadan istifadə edir - Lavrov
Rusiya xarici işlər naziri bildirib ki, Rusiya Qərb ölkələri ilə dialoqa hazırdır, lakin yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında.
BAKI, 31 may - Sputnik. Qərb ölkələri Ukrayna və onun ətrafındakı vəziyyəti bəhanə edərək, bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışırlar. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Təbii ki, bu proseslər (dünyada - red.) dönüş nöqtəsidir. Çoxqütblü dünyanın formalaşması gedir və öz hökmranlığını saxlamaq və bütün regionlara yaymaq istəyən qərbli həmkarlarımız bu proseslərin qarşısını almağa çalışırlar. Onlar Ukrayna və onun ətrafındakı vəziyyəti bəhanə edərək, bütün digər ölkələri öz bayraqları altında səfərbər etməyə çalışırlar”, - deyə nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə bildirib.
Lavrov onu da qeyd edib ki, bBu vəziyyət ilk növbədə NATO ölkələrinin Sovet İttifaqına müttəfiqliyi şərqə doğru genişləndirməmək vədini yerinə yetirməkdən imtina etməsi ilə bağlı uzun illərdir Avropada yığılıb qalan problemləri əks etdirir.
“Biz İslam Əməkdaşlıq Təşkilatının, eləcə də Ərəb Dövlətləri Liqasının və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş verənlərlə bağlı tutduğu balanslı, obyektiv mövqeyi yüksək qiymətləndirdik.
"Ümid edirəm ki, Qərb tərəfdaşlarımız da müəyyən mərhələdə dünya problemlərini nəzərdən keçirmək, onların beynəlxalq ictimaiyyət tərəfindən diqtə əsasında deyil, BMT Nizamnaməsinin prinsipləri, ilk növbədə, dövlətlərin suveren bərabərliyinə hörməti nəzərdə tutan prinsiplərini, beynəlxalq ictimaiyyət tərəfindən gələcək inkişaf yollarını razılaşdırmaq zərurətini dərk edəcəklər”, - deyə o vurğulayıb.
Rusiya XİN rəhbəri bildirib ki, ölkəsi belə dialoqa hazırdır, ancaq bərabər və qarşılıqlı hörmət əsasında.
Qeyd edək ki, bazar ertəsi Sergey Lavrovun Fars körfəzi ölkələrinə işgüzar səfərə başlayıb. Əvvəlcə o, Bəhreynə gedib, çərşənbə axşamı isə nazir Ər-Riyada gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.