https://sputnik.az/20220601/sonuncu-filmi--novbeti-beynelxalq-festivalda-442411022.html
"Sonuncu" filmi növbəti beynəlxalq festivalda
"Sonuncu" filmi növbəti beynəlxalq festivalda
Sputnik Azərbaycan
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T12:34+0400
2022-06-01T12:34+0400
2022-06-01T12:45+0400
film
mədəniyyət
beynəlxalq festival
rejissor
fariz əhmədov
kino
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442409692_0:0:1280:720_1920x0_80_0_0_aff6eead33230b269537d71bf34e7441.jpg
BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi bu ilin 6-11 iyun tarixlərində Polşanın Koszalin şəhərində baş tutacaq 41-ci Koszalin Gənclər və Film Festivalının qısametrajlı filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında."Sonuncu" ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci "Jahorina Film Festivalı"nda "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Golden Maple" (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən "OFF CINEMA" 25-ci Beynəlxalq Sənədli Film Festivalında "Bronze Castle" (Bürünc Qəsr), 5-ci "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülüb. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211011/sonuncu-filmi-novbeti-beynelxalq-festivalda-olkemizi-temsil-edecek---vdeo-434100601.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442409692_309:0:1269:720_1920x0_80_0_0_3dcf3eb6a1c089e067489f04f259b3eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, beynəlxalq festival, rejissor, fariz əhmədov, kino
film, beynəlxalq festival, rejissor, fariz əhmədov, kino
"Sonuncu" filmi növbəti beynəlxalq festivalda
12:34 01.06.2022 (Yenilənib: 12:45 01.06.2022) Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur.
BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi bu ilin 6-11 iyun tarixlərində Polşanın Koszalin şəhərində baş tutacaq 41-ci Koszalin Gənclər və Film Festivalının qısametrajlı filmlər üzrə müsabiqə proqramında iştirak edəcək.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
"Sonuncu" ötən il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci "Jahorina Film Festivalı"nda "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Golden Maple" (Qızıl Ağcaqayın), Polşada həyata keçirilən "OFF CINEMA" 25-ci Beynəlxalq Sənədli Film Festivalında "Bronze Castle" (Bürünc Qəsr), 5-ci "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı yerli sənədli film" nominasiyaları üzrə mükafatlara layiq görülüb. Bununla yanaşı, Polşanın Torun şəhərində keçirilən 29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalının sənədli filmlər üzrə əsas müsabiqə bölməsində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.