https://sputnik.az/20220601/prezident-beynelxalq-xezer-neft-ve-qaz-sergisinin-acilis-merasiminde-442405890.html
Prezident Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində
Prezident Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində
Sputnik Azərbaycan
Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T11:00+0400
2022-06-01T11:00+0400
2022-06-01T11:08+0400
prezident ilham əliyev
iqtisadiyyat
tədbir
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442405471_0:485:2777:2047_1920x0_80_0_0_ae834a710710b1cb59290aa2192142fa.jpg
BAKI, 1 iyun — Sputnik. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir.Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkət qatılır.Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: "ACWA Power", BP, "Equinor", "Masdar", INPEX, "Turkiye Petrolleri", "Baker Hughes", "Microsoft", "PASHA Bank", "TechnipFMC", "Tenaris", "TotalEnergies", "Uniper", "Azeri MI Drilling", AZFEN, "Baku Steel Company", "Caspian Drilling", "Caspian Marine Services Limited", "Ernst & Young", "Global Energy Azerbaijan Management", "Tekfen".İştirakçılar arasında "Bos Shelf", "Gazprombank", "Equinor", "Schlumberger" və digər şirkətlər çıxış edəcək.Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir: Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun baş direktoru.Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: "Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər", "Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti", "Energy Talks" sessiyaları: "Women in power", "Bizimkilər", "Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar", "Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi", "Neft sənayesində SƏTƏM idarəetməsi", həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442405471_24:0:2753:2047_1920x0_80_0_0_30fc16c4170a5882d72b213f20bd36cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, tədbir
prezident ilham əliyev, tədbir
Prezident Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində
11:00 01.06.2022 (Yenilənib: 11:08 01.06.2022) Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir
BAKI, 1 iyun — Sputnik. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: "ACWA Power", BP, "Equinor", "Masdar", INPEX, "Turkiye Petrolleri", "Baker Hughes", "Microsoft", "PASHA Bank", "TechnipFMC", "Tenaris", "TotalEnergies", "Uniper", "Azeri MI Drilling", AZFEN, "Baku Steel Company", "Caspian Drilling", "Caspian Marine Services Limited", "Ernst & Young", "Global Energy Azerbaijan Management", "Tekfen".
İştirakçılar arasında "Bos Shelf", "Gazprombank", "Equinor", "Schlumberger" və digər şirkətlər çıxış edəcək.
Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi gözlənilir: Serbiya Respublikasının Baş nazirinin müavini (dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirinin müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun baş direktoru.
Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq İkitərəfli Biznes Görüşləri (B2B) keçiriləcək. Keçiriləcək sessiyalar aktual mövzuları əhatə edəcək: "Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər", "Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti", "Energy Talks" sessiyaları: "Women in power", "Bizimkilər", "Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar", "Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi", "Neft sənayesində SƏTƏM idarəetməsi", həmçinin iştirakçı şirkətlərin təqdimatları da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.