https://sputnik.az/20220601/ranin-neft-naziri-azerbaycana-niye-gelib-442434629.html
İranın neft naziri Azərbaycana niyə gəlib?
İranın neft naziri Azərbaycana niyə gəlib?
Sputnik Azərbaycan
Şahin Mustafayevlə Cavad Ovcinin görüşündə Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə... 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T19:49+0400
2022-06-01T19:49+0400
2022-06-01T19:49+0400
neft
iqtisadiyyat
iran
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.C.Ovci Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.İki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu bildirildi, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında mütəmadi təmasların dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.C.Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb.Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.Bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında martın 11-də imzalanmış İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb.Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub, enerji sektorunda həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.***Bakı Enerji Forumunda və 27-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etmək üçün İranın neft naziri Cavad Oici bu gün Bakıya yola düşüb.İranın Neft Nazirliyinin açıqlamasına görə, Cavad Oici sərgidə iştirak etməklə yanaşı, Bakıda bir sıra ikitərəfli görüşlər də keçirəcək.Görüşlər zamanı enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə ediləcək.Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkət qatılır.Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, iran
İranın neft naziri Azərbaycana niyə gəlib?
Şahin Mustafayevlə Cavad Ovcinin görüşündə Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.
C.Ovci Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
İki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu bildirildi, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında mütəmadi təmasların dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
C.Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında martın 11-də imzalanmış İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb.
Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub, enerji sektorunda həyata keçiriləcək bir sıra yeni layihələrə dair fikir mübadiləsi aparılıb.
Bakı Enerji Forumunda və 27-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etmək üçün İranın neft naziri Cavad Oici bu gün Bakıya yola düşüb.
İranın Neft Nazirliyinin açıqlamasına görə, Cavad Oici sərgidə iştirak etməklə yanaşı, Bakıda bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Görüşlər zamanı enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə ediləcək.
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.