https://sputnik.az/20220601/polietilen-torbalar-alicilara-pulla-satilacaq-442417822.html
Polietilen torbalar alıcılara pulla satılacaq
Polietilen torbalar alıcılara pulla satılacaq
Sputnik Azərbaycan
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı... 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T17:28+0400
2022-06-01T17:28+0400
2022-06-01T17:28+0400
polietilen torbalar
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425907053_0:117:2500:1523_1920x0_80_0_0_9ee49a4e7c9ea3ee1683b75bcb6ced3e.jpg
BAKI, 1 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxslərinin, eləcə də, "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyi və birliyə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.Tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil.Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.Tədbirdə polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425907053_158:0:2343:1639_1920x0_80_0_0_92a52827fd9efa65f45c8f4e9a0c26df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
polietilen torbalar
Polietilen torbalar alıcılara pulla satılacaq
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb
BAKI, 1 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxslərinin, eləcə də, "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyi və birliyə daxil olan iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbirdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil.
Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəkətlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.