DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırdı

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan görüş zamanı, arxiv şəkli
Vladimir Putin və Nikol Paşinyan görüş zamanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Putin və Paşinyan Cənubi Qafqazda regional sabitlik və infrastrukturun inkişafı üzrə işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
BAKI, 1 iyun — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Paşinyan Rusiya prezidentini Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel ilə mayın 22-də Brüsseldə baş tutan təmasları barədə məlumatlandırıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Nikol Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi təmaslardan danışıb", - məlumatda deyilir.
Qeyd olunur ki, Paşinyanın aprel ayında Rusiyaya səfərinin nəticələrinə uyğun olaraq, tərəflər ikitərəfli gündəliyin bəzi aktual məsələlərinə də toxunublar. Hər iki tərəf strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.
Putin və Paşinyan Cənubi Qafqazda regional sabitlik və infrastrukturun inkişafı üzrə işlərin gücləndirilməsinin vacibliyini də qeyd ediblər.
"Liderlərin telefon danışığında Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri arasında fundamental üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə edilərkən regional sabitliyin təmin edilməsi, o cümlədən Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün birgə addımların atılmasının vacibliyi vurğulanıb", - Kremlin bəyanatında deyilir.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 01.06.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sergey Narışkin İlham Əliyevi təbrik edib
Xəbər lenti
0