https://sputnik.az/20220601/mekteblerde-hazirliq-qruplari-uzre-mesgeleler-dayandirildi-442406087.html
Məktəblərdə hazırlıq qrupları üzrə məşğələlər dayandırıldı
Məktəblərdə hazırlıq qrupları üzrə məşğələlər dayandırıldı
Sputnik Azərbaycan
Bu il 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 484 uşaq məşğələyə cəlb olunub. 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T11:44+0400
2022-06-01T11:44+0400
2022-06-01T11:44+0400
məktəb
cəmiyyət
qrup
hazırlıq
https://cdnn1.img.sputnik.az/img/42147/59/421475976_0:0:1000:563_1920x0_80_0_0_06c87ff28588cb225547b768758a18a5.jpg
BAKI, 1 iyun — Sputnik. Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.Qeyd edək ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 484 uşaq məşğələyə cəlb olunub.Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilib.Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
https://sputnik.az/20220601/bu-gun-usaqlarin-beynelxalq-mudafiesi-gunudur-442396137.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42147/59/421475976_36:0:1000:723_1920x0_80_0_0_7769406513d7ab5a976e3acfd404c872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, qrup, hazırlıq
Məktəblərdə hazırlıq qrupları üzrə məşğələlər dayandırıldı
Bu il 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 484 uşaq məşğələyə cəlb olunub.
BAKI, 1 iyun — Sputnik. Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 484 uşaq məşğələyə cəlb olunub.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilib.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür və məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.