CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevadan Uşaqlar Günü ilə bağlı paylaşım

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Mehriban Əliyeva uşaqlara sevinc, xoşbəxt gələcək arzulayıb.
BAKI, 1 iyun — Sputnik. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!"
Qeyd edək ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Uşaqların hüquqlarını təmin edən bəyannamə ilk dəfə olaraq 1924-cü ildə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2022
CƏMİYYƏT
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Xəbər lenti
0