https://sputnik.az/20220601/marin-le-penin-fransizlara-felaket-xeberdarligi-bu-esl-dram-olacaq-442411941.html
Marin Le Penin fransızlara fəlakət xəbərdarlığı: bu, əsl dram olacaq
Marin Le Penin fransızlara fəlakət xəbərdarlığı: bu, əsl dram olacaq
Sputnik Azərbaycan
Keçmiş prezidentliyə namizəd bildirib ki, Rusiya neft sənayesinə qarşı sanksiyalar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T17:41+0400
2022-06-01T17:41+0400
2022-06-01T17:41+0400
marin le pen
dünya xəbərləri
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442411914_0:0:3011:1694_1920x0_80_0_0_cefd6ac809c2910a4769010d1cf57272.jpg
BAKI, 1 iyun — Sputnik. Aİ-nin Rusiya neft sənayesinə qarşı sanksiyaları fransızlar və ilk növbədə onların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bunu Fransanın Milli Birlik partiyasından keçmiş prezidentliyə namizəd Marin Le Pen "France 2" telekanalının efirində deyib."Bu qərar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bu, əsl dram olacaq, çünki o, yanacağın, qazın və elektrik enerjisinin bahalaşmasının üzərinə qoyulub", - Le Pen bildirib.Aparıcının Rusiya yanacağını almaqdan imtina etməklə, Avropa ölkələrinin Rusiyanı Ukraynada xüsusi əməliyyat üçün istifadə oluna biləcək milyonlarla avrodan məhrum etmələri barədə bəyanatına cavab olaraq siyasətçi qeyd edib ki, Moskva yenə də neft və neft məhsullarını satacaq, sadəcə olaraq digər ölkələrə. Eyni zamanda, o, Avropanın digər ölkələrlə əlavə xammal tədarükü barədə razılığa gəlməmiş sanksiyaların tətbiqi qərarını tənqid edib."Bu seçim fransızların alıcılıq qabiliyyətini qurban verir. Ayın sonuna qədər pulu olmayan, uşaqları üçün uşaq bezlərindən imtina edən, gigiyena məhsulları almayan ailələr var", - Le Pen deyib.Aİ ölkələrinin dövlət və hökumət başçıları bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların altıncı paketini razılaşdırıblar. O cümlədən, Rusiya neftinin idxalına qismən embarqo qoyulub və Rusiyanın ən böyük bankı olan Sberbank "SWIFT"dən (valyuta transferi bankı) çıxarılıb.Neft alışına qadağa sanksiyaların tətbiqindən 6 ay sonra, neft məhsullarının idxalına isə 8 aydan sonra qüvvəyə minəcək. Embarqo tankerlərin tədarükünə təsir edəcək və "Drujba" neft kəmərinə təsir etməyəcək. "Transneft"in məlumatına görə, 2021-ci ildə "Drujba" vasitəsilə MDB-dən kənar ölkələrə neft ixracı 35,9 milyon ton təşkil edib.
https://sputnik.az/20220528/putin-almaniya-ve-fransa-liderleri-ile-ukrayna-munaqisesini-muzakire-edib-442331641.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442411914_280:0:3011:2048_1920x0_80_0_0_59a69702bb8ffb7563ad67b1bb2f65e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
marin le pen, fransa
Marin Le Penin fransızlara fəlakət xəbərdarlığı: bu, əsl dram olacaq
Keçmiş prezidentliyə namizəd bildirib ki, Rusiya neft sənayesinə qarşı sanksiyalar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq.
BAKI, 1 iyun — Sputnik. Aİ-nin Rusiya neft sənayesinə qarşı sanksiyaları fransızlar və ilk növbədə onların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bunu Fransanın Milli Birlik partiyasından keçmiş prezidentliyə namizəd Marin Le Pen "France 2" telekanalının efirində deyib.
"Bu qərar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bu, əsl dram olacaq, çünki o, yanacağın, qazın və elektrik enerjisinin bahalaşmasının üzərinə qoyulub", - Le Pen bildirib.
Aparıcının Rusiya yanacağını almaqdan imtina etməklə, Avropa ölkələrinin Rusiyanı Ukraynada xüsusi əməliyyat üçün istifadə oluna biləcək milyonlarla avrodan məhrum etmələri barədə bəyanatına cavab olaraq siyasətçi qeyd edib ki, Moskva yenə də neft və neft məhsullarını satacaq, sadəcə olaraq digər ölkələrə. Eyni zamanda, o, Avropanın digər ölkələrlə əlavə xammal tədarükü barədə razılığa gəlməmiş sanksiyaların tətbiqi qərarını tənqid edib.
"Bu seçim fransızların alıcılıq qabiliyyətini qurban verir. Ayın sonuna qədər pulu olmayan, uşaqları üçün uşaq bezlərindən imtina edən, gigiyena məhsulları almayan ailələr var", - Le Pen deyib.
Aİ ölkələrinin dövlət və hökumət başçıları bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların altıncı paketini razılaşdırıblar. O cümlədən, Rusiya neftinin idxalına qismən embarqo qoyulub və Rusiyanın ən böyük bankı olan Sberbank "SWIFT"dən (valyuta transferi bankı) çıxarılıb.
Neft alışına qadağa sanksiyaların tətbiqindən 6 ay sonra, neft məhsullarının idxalına isə 8 aydan sonra qüvvəyə minəcək. Embarqo tankerlərin tədarükünə təsir edəcək və "Drujba" neft kəmərinə təsir etməyəcək. "Transneft"in məlumatına görə, 2021-ci ildə "Drujba" vasitəsilə MDB-dən kənar ölkələrə neft ixracı 35,9 milyon ton təşkil edib.