https://sputnik.az/20220601/bu-ilin-budcesine-yeniden-baxilacaq---deputat-442434495.html
Bu ilin büdcəsinə yenidən baxılacaq - Deputat
Bu ilin büdcəsinə yenidən baxılacaq - Deputat
Sputnik Azərbaycan
Deputat büdcəyə dəyişiklik ediləcəyini, sosial sahəyə də əlavə vəsaitin ayrıla biləcəyini dilə gətirib 01.06.2022, Sputnik Azərbaycan
2022-06-01T22:17+0400
2022-06-01T22:17+0400
2022-06-01T22:17+0400
büdcə
iqtisadiyyat
dövlət büdcəsi
vahid əhmədov
millət vəkili
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268548_0:0:2000:1125_1920x0_80_0_0_235188d84ccac67bf2f77999d1809f17.jpg
BAKI, 1 iyun — Sputnik. Bu ay "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq.Bunu "Report"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib."Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb", - deyə o qeyd edib.V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: "Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır"."Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər", - deyə deputat əlavə edib.Qeyd edək ki, bu il üçün büdcə gəlirləri 26 milyard 816 milyon manat, büdcə xərcləri isə 29 milyard 879 milyon manat məbləğində təsdiq edilib.
https://sputnik.az/20220107/sefer-mehdiyev-dovlet-gomruk-komitesi-budce-ohdeliyine-1113--emel-edib-437941922.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268548_207:0:1980:1330_1920x0_80_0_0_182a12d2776ed3f0fcf8528061953968.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
büdcə, dövlət büdcəsi, vahid əhmədov, millət vəkili, milli məclis
büdcə, dövlət büdcəsi, vahid əhmədov, millət vəkili, milli məclis
Bu ilin büdcəsinə yenidən baxılacaq - Deputat
Deputat büdcəyə dəyişiklik ediləcəyini, sosial sahəyə də əlavə vəsaitin ayrıla biləcəyini dilə gətirib
BAKI, 1 iyun — Sputnik. Bu ay "2022-ci il dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq.
Bunu "Report"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
"Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb", - deyə o qeyd edib.
V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: "Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır".
"Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bu il üçün büdcə gəlirləri 26 milyard 816 milyon manat, büdcə xərcləri isə 29 milyard 879 milyon manat məbləğində təsdiq edilib.