CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nə qədər uşaq övladlığa götürülüb?

© pixabay / TheVirtualDeniseAilə, arxiv şəkli
Ailə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Övladlığa verilmiş uşaqların cins nisbətinə görə oğlanlar yenə üstünlük təşkil edir.
BAKI, 1 iyun — Sputnik. Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, həmin vaxtdan 124-ü oğlan, 119-u qız olmaqla 243 uşaq övladlığa götürülüb. O cümlədən bu ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa verilib.
Hazırda isə Nazirlik valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaratmağı hədəfləyən “Himayədar ailə” modelinin tətbiqinə hazırlaşır. Bu sahədə də e-infrastruktur üzərində müasir və çevik, şəffaf idarəetmə və xidmətlər sistemi qurulur.
Qeyd edək ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0