CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq qidalar uşaq evlərinə verilə bilərmi? - İsrafçılığa necə son qoymaq olar

© AP Photo / Matt YorkYemək yeyən uşaqlar, arxiv şəkli
Yemək yeyən uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.06.2022
Abunə olmaq
Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiyada bir sıra vacib nüanslar, təkliflər yer alıb.
BAKI, 1 iyun — Sputnik. Azərbaycanda qida itkisi, tullantısı və israfının qarşısının alınması üzrə strategiya hazırlanıb. Bu strategiyaya əsasən Quba, Xaçmaz, Şəmkir, Tovuz və Bakıda alma, pomidor, kartof, soğanın qida itkisi, çörəyin isə qida tullantısı halına gəlməsinin səbəblərini öyrənmək istiqamətində tədqiqatlar aparılıb.
Bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Dəyər zənciri üzrə milli məsləhətçisi Pərviz Əliyev Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiya haqda danışarkən belə deyib.
Startegiyada yer alan vacib nüanslardan söz açan mütəxəssis çörək tullantıları haqda danışıb. O bildirib ki, bu tullantıların çox olmasının səbəblərindən biri onun istehlak miqdarından daha çox alınmasıdır:

"Qiymət aşağı olduğundan çörək daha çox alınır və daha çox tullantıya səbəb olur. Bundan başqa, çörəyin saxlanma müddətinin az olması da bu tullantıların yaranmasına səbəb olur".

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Çörək
Çörək tullantılarının azaldılması üçün təklif var
Mütəxəssis bildirir ki, çörək tullantılarının azaldılması üçün onun keyfiyyəti yüksəldilməlidir. Qurum nümayəndəsi bunun səbəbini izah edərək bildirir ki, müəyyən müddətdən sonra çörək keyfiyyətini itirdiyi üçün istehlakçılar ondan imtina edirlər, nəticədə israf baş verir. Onun sözlərinə görə, ümumi vəziyyəti öyrənmək üçün çörəklə bağlı təxminən 40-dək istehlakçı arasında sorğu keçirilib və bəlli olub ki, onların 30 faizi aldığı çörəyi tam istehlak etmir:

"Bu kimi problemlərin qarşısını almaq üçün daha kiçik ölçülərdə çörək istehsal oluna bilər. Çörəyi az almaq, israf etməmək üçün növbəti günə qalan çörəyi isitmək, yaxud da ondan "suxarı" və s. bu kimi məhsullar hazırlamaq məsləhətdir".

Meyvə-tərəvəz tullantılarından da danışan mütəxəssis bildirib ki, ümumiyyətlə, tullantıların böyük hissəsi məhsulların daşınması, saxlanılması, satışı zamanı baş verir. Bu problemlər həm mövsümi xarakterli amillərdən, həm də digər nüanslardan qaynaqlanır.
İxrac zamanı da tullantılar yaranır
Bununla bağlı mütəxəssis qeyd edir ki, həmin strategiyada soyuducu anbarlarla bağlı problemlərin aradan qaldırılması da tövsiyə edilir. Bundan əlavə, gübrələrdən çox istifadə də tullantılara səbəb olur.
© Sputnik / Reshad RashidovAzərbaycanda xurma ixracı ilə bağlı problem
Azərbaycanda  xurma ixracı ilə bağlı problem   - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Azərbaycanda xurma ixracı ilə bağlı problem
Tullantıların yaranmasına səbəb olan digər aparıcı amil isə gübrələrdən sui-istifadə, yəni daha çox istifadə zamanı baş verib:

"Xüsusən də kartofda bu problem müşahidə olunur. Gübrədən çox istifadə olunduğu üçün kartoflar anbarlarda daha tez xarab olur".

İaşə müəssisələrində bu problemlə necə mübarizə aparmaq olar?
Bu tip müəssisələrdə tuallantıların azaldılması üçün porsiyaların kiçildilməsi təklifi var. Bundan başqa, strategiyada artıq qidaların ianəsi məsələsi təklif olaraq irəli sürülüb:
"Düşünürük ki, qanunvericiliyə də bəzi dəyişikliklər etmək lazımdır. Qanunvericilikdə ümumi yanaşma olsa da, spesifik yanaşma yoxdur. Biz isə təklif edirik ki, qanunvercilikdə ayrıca qida itkiləri və tullantıları ilə bağlı bölmə olsun".
© Sputnik / Rashad KeremogluToy süfrəsi
Toy süfrəsi - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Toy süfrəsi
Artıq qidalardan necə yararlanmaq olar?
Artıq qalan qidalar xeyriyyə məqsədi ilə hansısa uşaq evlərinə də verilə bilər:
"Lakin burada həssas məsələlər də var. Hər bir qidanı uşaq evinə vermək mümkün deyil. Elə qidalar var ki, tez xarab olur, o uşaq evinə və ya digər ünvana daşınarkən zəhərlənmə baş verə bilər. AQTA-nın bununla bağlı nəzarət, yoxlama alətləri formalaşdırılmalıdır, qidaların yararlılıq müddətinin nə qədər olması bəlli olmalıdır. Bundan başqa, onların hansı müddətdə istehlak edilməli olması bəlli olmalıdır".
Hansı təcrübələr öyrənilir?
Mütəxəssis deyir ki, qida tullantıları və itkilərini azaltmaq üçün Avropa təcrübəsi öyrənilir. Bu startegiyanın hazırlanmasında bir sıra ölkələrlə yanaşı Avropa təcrübəsi də öyrənilib. Onun sözlərinə görə, hazırlanan strategiya tam yekulaşdıqdan sonra dövlətə təqdim ediləcək:
"Qeyd edim ki, bu startegiya BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərəfindən həyata keçirilən pilot layihədir. Yəni, bu dövlət səviyyəsində həyata keçirilən bir layihə deyil. Bu layihə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilir. Bizim hazırladığımız startegiya tövsiyə xarakterlidir. Hökumət lazım bilsə, bu zaman tövsiyələri inkişaf planlarına daxil edəcək və bundan sonra müəyyələşdirıcək ki, bu məsələyə AQTA baxmalıdır, yoxsa ərzaq təhlükəsizliyi komissiyasını yaradılmalıdır?!".
"Biz isə təklif olaraq irəli sürmüşük ki, ərzaq təhlükəsizliyi komissiyası yaradılsın. Bu komissiyada aidiyyatı qurumların nümayəndələri təmsil olunmalıdır", - deyə o əlavə edib.
Mütəxəssis onu da bildirib ki, strategiyada irəli sürülən digər tövsiyələr tullantılarla bağlı statistikanın aparılması, plastik tulantılar kimi meyvə-tərəvəz tullantılarının ayrıca olaraq yığılması, son proses olaraq ondan əkinçilikdən istifadə olunması ilə bağlıdır. Bundan başqa, ən çox israfın yol verildiyi toy və yas mərasimlərində də müəyyən təzimlənmələrə ehtiyac var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0