https://sputnik.az/20220531/zeif-netice-gostermis-ix-sinif-sagirdlerini-mektebden-kim-uzaqlasdirir-resmi-aciqlama-442383548.html
Zəif nəticə göstərmiş IX sinif şagirdlərini məktəbdən kim uzaqlaşdırır? Rəsmi açıqlama
Zəif nəticə göstərmiş IX sinif şagirdlərini məktəbdən kim uzaqlaşdırır? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Mehriban Vəliyeva bildirib ki, bəzi valideynlər mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T16:48+0400
2022-05-31T16:48+0400
2022-05-31T16:48+0400
məktəb
təhsil
bakı şəhəri üzrə təhsil idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_0:320:3073:2048_1920x0_80_0_0_81d899663d8ed37b2625ad1640d55378.jpg
BAKI, 31 may — Sputnik. Buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur:"Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik".M.Vəliyeva hesab edir ki, sadəcə, bəzən valideynlər seçimi düzgün etmirlər."Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də, həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər", - BŞTİ müdiri deyib.Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədov zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəb direktorları tərəfindən təhsildən uzaqlaşdırıldığını bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_89:0:2820:2048_1920x0_80_0_0_091e36db356e445852c9fad8ec2cfbce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, bakı şəhəri üzrə təhsil idarəsi
məktəb, bakı şəhəri üzrə təhsil idarəsi
Zəif nəticə göstərmiş IX sinif şagirdlərini məktəbdən kim uzaqlaşdırır? Rəsmi açıqlama
Mehriban Vəliyeva bildirib ki, bəzi valideynlər mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar.
BAKI, 31 may — Sputnik. Buraxılış imtahanlarında zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılması istiqamətində bəzi direktorların təzyiq göstərməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, şagirdin məktəbdən uzaqlaşdırılması üçün heç kəsin təzyiq göstərməyə ixtiyarı yoxdur:
"Şagirdlərin digər siniflərdə təhsil almaq hüququ var. Onlar bu hüquqdan istifadə edərək təhsillərini davam etdirə bilərlər. Şagirdləri məktəbdən kənarlaşdırmaqla bağlı fikirlər varsa, qəti şəkildə bunun qarşını almaq lazımdır. Çünki onların cəmiyyətə daha yararlı şəxsiyyət kimi formalaşmaları üçün əlimizdən gələni etməliyik".
M.Vəliyeva hesab edir ki, sadəcə, bəzən valideynlər seçimi düzgün etmirlər.
"Əgər onlar peşə məktəblərində daha yararlı şəxsiyyət kimi yetişəcəklərsə, bu yolu seçməkdənsə, mütləq şəkildə uşaqlarının ali məktəbə qəbul olması fikrində olurlar. Bu da bəzən problem yaradır. Ona görə də, həm valideyn, həm də şagird düzgün seçim etməlidir. Bu halda istədikləri yerdə uğurlu ola bilərlər", - BŞTİ müdiri deyib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədov zəif nəticə göstərmiş IX sinif şagirdlərinin məktəb direktorları tərəfindən təhsildən uzaqlaşdırıldığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.