CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların zorla himayəyə verilməsi hallarına rast gəlinir - Aynur Sofiyeva

© AP Photo / Mosa'ab ElshamyUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Komitə sədrinin müavininin sözlərinə görə, mediatorlar tərəfindən məsələyə qərəzsiz yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul edilməməlidir.
BAKI, 31 may — Sputnik. Bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda tədbirdə deyib.
O bildirib ki, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların digər qohumlarının himayəsinə verilməsi ilə bağlı 11 müraciət daxil olub.
"Report"un xəbərinə görə, A.Sofiyeva bildirib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib.
Onun sözlərinə görə, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb: "Biz müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə etmişik. Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır".
Sədr müavini bildirib ki, mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır: "Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".
Psixi-emosional vəziyyətin düzgün qiymətləndirilməməsi halları da aşkarlanıb
Sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi hallarının aşkarlanmasından danışan A.Sofiyeva qeyd edib ki, müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilib:
"Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır".
Digər tədbir iştirakçısı Ombudsman Səbinə Əliyeva isə vurğulayıb ki, mediasiya uşaqların istəklərinə cavab verməlidir:
"Boşanmalar bir çox hallarda adi hala çevrilir. Bəzən tərəflər hüquqa zidd hərəkətlər edirlər. Bu hallar daha çox uşağın kimdə qalması, uşağın harada yaşamasına və aliment hüququ ilə bağlı olur. Təəssüf doğuran məqamlardan biri də aliment ödənişləri ilə bağlı yaşanan çətinliklərdir".
Ailələrdəki mübahisələr depressiyaya səbəb olur
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailədə baş verən mübahisələr uşaqlarda depressiya, davranış pozğunluğu yaradır: "Araşdırmalar nəticəsində mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Qızlara mənəvi təsir edirsə, oğlanlarda davranış pozğunluğu yaradır. Valideynlər boşanan zaman bu nüansları nəzərə almalıdırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0