CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabunçuda cinayətkarlığın tüğyanı: Narkotik satan, oğurluq edən yüzdən çox adam saxlanılıb

© Sputnik / Kamal AlmuradlıPPX avtomobili, arxiv şəkli
PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
DİN-in mlumatına görə, saxlanılanların 64-ü barəsində məhkəmə tərəfindən həbs tədbiri seçilib
BAKI, 31 may — Sputnik. Ötən ay paytaxtın Sabunçu rayonunda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfəri saxlayıb.
DİN-in yaydığı məlumata görə, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-yə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0