https://sputnik.az/20220531/sabah-paytaxtda-usaq-festivali-kecirilecek-442396621.html
Sabah paytaxtda “Uşaq festivalı” keçiriləcək
Sabah paytaxtda “Uşaq festivalı” keçiriləcək
Sputnik Azərbaycan
Parkın ərazisindəki arxeoloji meydançada uşaqların şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək imkanı olacaq. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T19:18+0400
2022-05-31T19:18+0400
2022-05-31T19:18+0400
cəmiyyət
1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü
festival
uşaq
https://cdnn1.img.sputnik.az/img/42061/11/420611185_0:58:1000:621_1920x0_80_0_0_58ee4f28249aa1aecf5a1fbb029af655.jpg
BAKI, 31 may - Sputnik. İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçiriləcək tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst olacaq. Trend-in xəbərinə görə, festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyır.Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə biləcək. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünəcək. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılacaq.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim ediləcək. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biləcəklər. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanacaqlar. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılacaq.Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edəcək. Art zona, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadacaq. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.Beləliklə, sabah Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına veriləcək və unudulmaz bayram sevinci yaşanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42061/11/420611185_39:0:927:666_1920x0_80_0_0_bb634b9364339a3946ded890682480b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü, festival, uşaq
1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü, festival, uşaq
Sabah paytaxtda “Uşaq festivalı” keçiriləcək
Parkın ərazisindəki arxeoloji meydançada uşaqların şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək imkanı olacaq.
BAKI, 31 may - Sputnik. İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçiriləcək tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst olacaq. Trend-in xəbərinə görə, festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə biləcək. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünəcək. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim ediləcək. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biləcəklər. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanacaqlar. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılacaq.
Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edəcək. Art zona, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadacaq. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.
Beləliklə, sabah Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına veriləcək və unudulmaz bayram sevinci yaşanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.