SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazirlər Türkiyəyə toplaşır: Ceyhun Bayramov və Lavrov da gedəcək

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationCeyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Şimali Makedoniya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək.
BAKI, 31 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində söyləyib.
Çavuşoğlu rusiyalı həmkarı Lavrovun buğda məsələsi də daxil olmaqla Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcəyini açıqlayıb.
Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: "Lavrov gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik. Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq".
Rusiya XİN rəhbəri qeyd edib ki, eyni zamanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şimali Makedoniya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0