Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir "repetitor mifi" barədə: 9 il oxumayıb, 2 il xərc çəkməklə yüksək nəticə almaq olmur

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Nazir deyir ki, hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır.
BAKI, 31 may — Sputnik. Təhsil sahəsi ciddi şəkildə tənzimlənir. İnfrastruktur və məzmunla bağlı tələblər müxtəlif pillələrdə tətbiq edilir.
Bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Özəl məktəblərlə bağlı danışan nazir bildirib ki, qısa zamanda təhsil müəssisəsi açıb külli miqdarda gəlir əldə etmək mümkün deyil.
O qeyd edib ki, Azərbaycanda təhsil hələ də biznes fəaliyyəti kimi qəbul edilmir:
"Valideynlərin övladlarını özəl sektora qoymaq üçün çəkdiyi xərc dövlətin bir uşağın təhsilinə ayırdığı xərcdən, təxminən, 10 dəfə çoxdur. Valideynlər əsasən aşağı yaşlardan övladının təhsili üçün pul xərcləməyə başlayır".
Keyfiyyətlə bağlı danışan nazir qeyd edib ki, özəl məktəb təsis edən şəxslər mənfəəti deyil, təhsili düşünməlidirlər. Nazir digər ölkələrdəki vəziyyəti müqayisə edərək bildirib ki, xüsusilə də Türkiyədə özəl təhsil müəssisələrinin heç də hamısı mənfəət əldə etmir.
Statistik məlumatlara istinad edən E.Əmrullayevin sözlərinə gröə, hazırda ölkədə dövlət təhsil müəssisələri ilə yanaşı özəl məktəblərin də sayı artır. İndi ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır.
E.Əmrullayev həmçinin qeyd edib ki, formal təhsil sahəsi, istər ümumtəhsil məktəbinin, istərsə də ali təhsil müəssisələrinin açılması, onların biznes olaraq gəlirli, mənfəətli fəaliyyət göstərməsi kifayət qədər kapitalyönümlü istiqamət və investisiya tələb edən sahədir: "Ümumiyyətlə, təhsil müəssisəsi açıb qısa zamanda küllü miqdarda pul qazanmaq mümkün deyil".
Repetitorlarla bağlı vəziyyət
Repetitorluqla bağlı vəziyyətə aydınlıq gətirən təhsil naziri bildirib ki, hazırda ölkədə özəl repetitorların özəl sektorda payı oturuşmuş məktəblərin payından qat-qat çoxdur. Çünki həmin xidmətlər konkret və müəyyən müddətlikdir.
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticələrinə baxsaq, məlum olar ki, aşağı siniflərdə zəif nəticə göstərən şagirdlərin yuxarı siniflərdə nə qədər repetitor yanına getsələr də, valideyn çoxlu pul xərcləsə də, yaxşı nəticə əldə etməsi istisna hallarda mümkün olur. Yəni, təhsildə təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir", - nazir deyib.
Aparılan təhlillərə əsasən E.Əmrullayev deyib ki, dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur.
Bullinqlə bağlı tədbirlər planının hazırlanması təklif olunur
İctimai müzakirədə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə bildirib ki, Azərbaycanda bullinqlə bağlı tədbirlər planının hazırlanması təklif olunur:
"Hazırda daha böyük bir problem bullinq və hiperbullinqdir. Bu məsələ bizi də ciddi narahat edir. Bununla bağlı geniş tədbirlər planı hazırlanmalı, məktəblərdə, digər ictimai yerlərdə mübarizə gücləndirilməlidir".
Uşaq hüquqlarının qorunması üçün addımlar atılsa da, məişət zorakılığı qurbanı olan uşaqların sayı az deyil
Bundan başqa, A.Bağırov bildirib ki, UNICEF və Vəkillər Kollegiyası arasında uşaq hüquqlarının müdafiəsi sahəsində 2020-ci ildə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tədbirlər həyata keçirilib: "Cəzaçəkmə müəssisələrində qadınlarla yaşayan 3 yaşadək və 3 yaşdan sonra analarından alınaraq uşaq evinə verilən uşaqlarla görüş keçirilib və onlara pulsuz hüquqi yardım göstərilib".
O, həmçinin qeyd edib ki, ölkədə məişət zorakılığına məruz qalan uşaqların sayı az deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0