https://sputnik.az/20220531/moskvada-azerbaycan-filmleri-numayis-olunacaq-442373370.html
Moskvada Azərbaycan filmləri nümayiş olunacaq
Moskvada Azərbaycan filmləri nümayiş olunacaq
Sputnik Azərbaycan
Rusiya paytaxtında təşkil olunmuş "Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum bu gün başlayır. 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T22:01+0400
2022-05-31T22:01+0400
2022-05-31T22:01+0400
moskva
mədəniyyət
kino
soydaş
https://cdnn1.img.sputnik.az/img/42239/30/422393013_0:183:1340:937_1920x0_80_0_0_bd1bbdbdb97fffdd451177a3c9650da9.jpg
BAKI, 31 may — Sputnik. Mayın 31-də Moskvadakı "Xudojestvennıy" kinoteatrında SSRİ-nin 100 illiyinə həsr edilmiş "Moskvada dostlaşdığım adamı heç vaxt unutmaram" adlı kinoforumun açılışı olub."Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum mayın 31-dən dekabrın 11-dək Moskvada keçiriləcək. Forumun açılışında tanınmış rejissorlar, aktyorlar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.Forumda rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" və 1981-ci ildə çəkilən rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" filmi nümayiş olunacaq.Qeyd edək ki, forum çərçivəsində 15 film nümayiş olunacaq.Dahi bəstəkar, opera sənətinin banisi Üzeyir Hacıbəyovun "Arşın mal alan"ı bu gün kinosevərlərə təqdim olunacaq.Xatırladaq ki, 2022-ci ilin 7-15 fevral tarixində Moskvada fəaliyyət göstərən "İllüzion" ("Иллюзион") kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim etmişdi.Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/30/422393013_58:0:1307:937_1920x0_80_0_0_d87c68328df6595e4e4d4c37353f8a36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, kino, soydaş
Moskvada Azərbaycan filmləri nümayiş olunacaq
Rusiya paytaxtında təşkil olunmuş "Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum bu gün başlayır.
BAKI, 31 may — Sputnik. Mayın 31-də Moskvadakı "Xudojestvennıy" kinoteatrında SSRİ-nin 100 illiyinə həsr edilmiş "Moskvada dostlaşdığım adamı heç vaxt unutmaram" adlı kinoforumun açılışı olub.
"Moskino" şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum mayın 31-dən dekabrın 11-dək Moskvada keçiriləcək. Forumun açılışında tanınmış rejissorlar, aktyorlar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Forumda rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" və 1981-ci ildə çəkilən rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" filmi nümayiş olunacaq.
Qeyd edək ki, forum çərçivəsində 15 film nümayiş olunacaq.
Dahi bəstəkar, opera sənətinin banisi Üzeyir Hacıbəyovun "Arşın mal alan"ı bu gün kinosevərlərə təqdim olunacaq.
Xatırladaq ki, 2022-ci ilin 7-15 fevral tarixində Moskvada fəaliyyət göstərən "İllüzion" ("Иллюзион") kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim etmişdi.
Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.