Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib

© AP Photo / Darko VojinovicMərkəzi Bankın binası, arxiv şəkli
Mərkəzi Bankın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Deputatlar iqtisadçılar Rəşad Orucov və Əliyar Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsini dəstəkləyiblər.
BAKI, 31 may-Sputnik. Parlamentdə "Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə baxılıb.
Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib. Hər iki namizəd iqtisadçıdır.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.
Mərkəzi Bankın üzvləri 7 nəfərdən ibarətdir. Hər 5 ildən bir üzvlərin seçilməsinə baxılır.
Mərkəzi Banka yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin yenidən formalaşdırılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Milli Məclisin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
SİYASƏT
Bu gün Milli Məclisdə dövlət büdcəsinin necə icra edildiyi müzakirəyə çıxarılacaq
Xəbər lenti
0