https://sputnik.az/20220531/kinematoqrafcilar-ttifaqinin-yeni-heyeti-hansi-addimlar-atacaq-442398578.html
Kinematoqrafçılar İttifaqının yeni heyəti hansı addımlar atacaq?
Kinematoqrafçılar İttifaqının yeni heyəti hansı addımlar atacaq?
Sputnik Azərbaycan
Azərbaycan Kino İttifaqının köhnə tərkibi qalmaqla yanaşı, ittifaqa yeni üzvlər - rejissor Rövşən İsaq, əməkdar jurnalist Qulu Məhərrəmli, ssenarist, publisist... 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T21:19+0400
2022-05-31T21:19+0400
2022-05-31T21:19+0400
mədəniyyət
kinematoqraf
ittifaq
sədr
rasim balayev
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440216264_0:0:1440:810_1920x0_80_0_0_ae392b0a89f0b57215dd04bf657767dd.jpg
BAKI, 31 may — Sputnik. Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Əli İsa Cabbarov məlumat verib.Onun sözlərinə görə, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib. Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə qurumun rəhbəri seçilib. Cabbarov onu da deyib ki, İttifaqın Rüstəm İbrahibəyovla işləmiş idarə heyətinin tərkibi saxlanılıb, bundan başqa, quruma yeni üzvlər də daxil olub.Tərkibə rejissor Rövşən İsaq, əməkdar jurnalist Qulu Məhərrəmli, ssenarist, publisist Nadir Bədəlov və kinoprodüser Fatimə İbrahimbəyova da daxil olunub:Bundan başqa iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunacaq.Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440216264_0:0:1440:1080_1920x0_80_0_0_4e6ec537c7308798f1055e7b8a8c6361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kinematoqraf, ittifaq, sədr, rasim balayev
kinematoqraf, ittifaq, sədr, rasim balayev
Kinematoqrafçılar İttifaqının yeni heyəti hansı addımlar atacaq?
Azərbaycan Kino İttifaqının köhnə tərkibi qalmaqla yanaşı, ittifaqa yeni üzvlər - rejissor Rövşən İsaq, əməkdar jurnalist Qulu Məhərrəmli, ssenarist, publisist Nadir Bədəlov və kinoprodüser Fatimə İbrahimbəyova daxil olunub.
BAKI, 31 may — Sputnik. Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, prodüser Əli İsa Cabbarov məlumat verib.
Onun sözlərinə görə, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib. Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə qurumun rəhbəri seçilib.
Cabbarov onu da deyib ki, İttifaqın Rüstəm İbrahibəyovla işləmiş idarə heyətinin tərkibi saxlanılıb, bundan başqa, quruma yeni üzvlər də daxil olub.
Tərkibə rejissor Rövşən İsaq, əməkdar jurnalist Qulu Məhərrəmli, ssenarist, publisist Nadir Bədəlov və kinoprodüser Fatimə İbrahimbəyova da daxil olunub:
"Fatimə İbrahimbəyovanı Rüstəm İbrahimbəyovun qızı olduğuna görə deyil, beynəlxalq kino layihələrinin prodüseri kimi seçmişik. O çox gözəl layihə ilə çıxış edib. Bizim ittifaq MDB ölkələri kino itttifaqlarının konfederasiyasının tərkiblərindəndir. O təklif etdi ki, artıq MDB ölkələri əlaqlərindən çox, ümumtürk əlaqələri vacibdir, odur ki, AKİ Bakıda mənzil qərargahı yerləşdirməklə Türk Respublikaları Kino ittifaqlarının birliyini yaratsın".
Bundan başqa iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.