https://sputnik.az/20220531/ceyhun-bayramov-bolqaristan-milli-assambleyasinin-sedri-ile-gorusub-442397388.html
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Sputnik Azərbaycan
Nazir Bolqarıstan Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə minnətdarlığını ifadə... 31.05.2022, Sputnik Azərbaycan
2022-05-31T19:59+0400
2022-05-31T19:59+0400
2022-05-31T19:59+0400
siyasət
ceyhun bayramov
bolqarıstan
səfər
görüş
milli
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442397361_0:72:1235:767_1920x0_80_0_0_cf8151560c98e8a696de9ecd7cf43136.jpg
BAKI, 31 may - Sputnik. Mayın 31-də Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb.Nikola Minçev Azərbaycan xarici işlər nazirini salamlayıb və bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib.Nazir Ceyhun Bayramov ölkələrimiz arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir, parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil etdiyini qeyd edib.O, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib.Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.Qeyd edək ki, elə bu gün Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən qəbul edilib.Prezident Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Prezident Rumen Radev dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.Nazir Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb. Nazir, Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.Görüşdə, iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442397361_60:0:1176:837_1920x0_80_0_0_dd41bfa802b216c4a6f4a28a4e229d1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, bolqarıstan, səfər, görüş, milli
ceyhun bayramov, bolqarıstan, səfər, görüş, milli
Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Nazir Bolqarıstan Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
BAKI, 31 may - Sputnik. Mayın 31-də Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb.
Nikola Minçev Azərbaycan xarici işlər nazirini salamlayıb və bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir, parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil etdiyini qeyd edib.
O, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu Nikola Minçevə təqdim edib.
Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.
Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
Ceyhun Bayramov Bolqarıstan Respublikasının Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, elə bu gün Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən qəbul edilib.
Prezident Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən cari səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Prezident Rumen Radev dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişafını vurğulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti, bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.
Nazir Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycan dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb. Nazir, Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Görüşdə, iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.