DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: "Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını gözardı etmək olmaz"

© © Turkish Foreign Ministry via AP, PoolTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 31.05.2022
Abunə olmaq
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əsgi parçalarıyla nümayişlər sərbəstdirsə, onda qanunu dəyişməlisiniz.
BAKI, 31 may — Sputnik. İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciəti ilə bağlı Türkiyənin mövqeyi dəyişmir. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz yazılı sənədlər təqdim etmişik. Yazılı şəkildə cavab istəyirik. Türkiyənin təhlükəsizlik narahatlığına göz yummaq mümkün deyil. Suriyada PKK/YPG-yə dəstək verilməməlidir. Onlar uğurla başa vurduğumuz əməliyyatlara görə müdafiə sənayesi məhsullarına məhdudiyyətlər qoydular. Bu iki ölkə niyə üzv olmaq istəyir? Təhlükəsizliklə bağlı narahatlıqların olduğunu başa düşürük. Bununla belə Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını gözardı etmək olmaz", - deyə Çavuşoğlu qeyd edib.
"Əsgi parçalarıyla nümayişlər sərbəstdirsə, onda qanunu dəyişməlisiniz. Onlar özləri deyirlər ki, qanunları dəyişmək lazımdır", - Çavuşoğlu vurğulayıb.
Xatırladaq ki, Finlandiya və İsveç alyansa qoşulmaq üçün mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.
Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK-nın nümayəndələri ilə münasibətləri barədə verdiyi vədlərə inana bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrorizmə dəstəyini dayandırması üçün konkret addım atacağı ilə bağlı yazılı razılaşmaya ehtiyacı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
SİYASƏT
Ərdoğan: Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz!
Xəbər lenti
0